Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 10:52

'Rəqabət Məcəlləsi' niyə 11 ildir qəbul olunmur? [video]


Ucuzluq yarada biləcək qanun 11 ildir gecikir
Gözlə

No media source currently available

0:00 0:10:09 0:00

Ucuzluq yarada biləcək qanun 11 ildir gecikir [A-Live]

Bazarda qiymətlərin ucuzlaşmasını hədəfləyən, iş yerlərinin yaradılmasını, iqtisadiyyatın güclənməsini nəzərdə tutan bir qanun var ki, onun da qəbulu 11 il gecikir...

Söhbət “Rəqabət Məcəlləsi”ndən gedir.

Bu Məcəllə Milli Məclisə 2006-cı ildə təqdim olunub.

Milli Məclisin internet saytında noyabrın 7-də yerləşdirilmiş məlumatda deyilir ki, bazarlarda qiymətlər süni surətdə artır, meyvə-tərəvəz, başqa kənd təsərrüfatı məhsullarının, tikinti materiallarının, xüsusi ilə də sementin qiymətinin süni artması müşahidə olunur.

Buna da bax:​ 'Niyə Rəqabət Məcəlləsini qəbul etmək istəmirik?'

Ona görə də, qanun pozuntusuna yol verilməsinin qarşısını almaq, inhisarın və haqsız rəqabətin qarşısını almaq üçün qanuni baza təkmilləşdirilir.

Bəs bu qanuni bazanın yaradılması niyə yubanır?

Milli Məclisin deputatı Fazil Mustafa deyir ki, bir qrup adam sənədin qəbuluna imkan vermir:

Fazil Mustafa
Fazil Mustafa

“Gecikdikcə müəyyən qrup adamlar da əziyyət çəkir. Sırf bürokratik və korporativ maraqlarla bu məsələnin həllinə laqeyd yanaşılır”.

Buna da bax:​ 2006-cı ildən bəri qəbul edilməyən məcəllə

Müxtəlif jurnalist araşdırmaları və müxalifət partiyaları inhisarçıların dövlət məmurları olduğunu iddia edir, hakim partiya yetkililəri bununla razılaşmır.

Millət vəkili Fazil Mustafa deyir ki, qanunun qəbulu bahalaşmanın qarşısını ala bilərdi. Di gəl ki Azərbaycanda çox sayda da artıq q1əbul edilmiş qanunlar var ki, tənqidçilər onun elə kağız üzərində qaldığını, icra olunmadığını deyirlər. Bu halda Məcəllənin qəbulu vəziyyəti nə qədər dəyişə bilərdi?

Fazil Mustafa deyir ki, edə bilər, məcəllə ən azı iş mühitində qaydaların tənzimlənməsinə fayda verə bilər.

Buna da bax:​ «Rəqabət Məcəlləsi quyunun dibinə düşüb»

Biz Bakı sakinlərindən soruşmuşuq ki, hansı sahədə yeni qanunların qəbul olunmasını istərdiniz?

Sizcə, hansı qanuna təcili ehtiyac var?
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Prezidentin ötən il imzaladığı Strateji Yol Xəritəsində deyilir ki, 2017-2020-ci illərdə rəqabət mühitini gücləndirmək üçün qanunvericilik təkmilləşdiriləcək, Rəqabət Məcəlləsi də qəbul olunacaq.

Biz Milli Məclisin, sənədin aid olduğu İqtisadi Siyasət Komitəsi ilə əlaqə saxlamaq istəsək də, telefon zənglərimizə cavab verən olmadı.

Hüquqşünas Xalid Ağalıyev isə deyir ki, əgər bu sənəd hələ də Milli Məclisin gündəliyindədirsə, bu, Milli Məclisin nizamnaməsinin pozulmasıdır:

Xalid Ağaliyev
Xalid Ağaliyev

“Milli Məclisin nizamnaməsinə görə, daxil olan qanunlara altı ay müddətində baxılmalıdır və yekun qərar verilməlidir- ola bilər ki, qanun layihəsini qəbul etsinlər, ola bilər ki, imtina etsinlər”.

Buna da bax:​ Azərbaycanda iqtisadi azadlıq: məmur-sahibkarlar orta və kiçik biznesi əngəlləyir

Amma 11 il əvvəl parlamentə verilən sənədin niyə gecikdiyinə Milli Məclisdən hər hansı izah almaq mümkün olmur. Qiymətlər isə getdikcə bahalaşır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin eyni dövrünə nisbətən 14 faizə qədər bahalaşıb. Müstəqil iqtisadçılar bu artımın daha çox olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG