Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:03

REAL Partiyasından Ərəstun Baxşəliyev də 30 sutkalıq həbs olunub


Bu gün, mayın 30-da REAL Partiyasının daha bir fəalı Ərastun Baxşəliyevə də 30 sutka inzibati həbs cəzası verilib. Beləliklə, bu partiyadan son 2 gündə inzibati qaydada həbs cəzası alanların sayı 4-ə çatıb.

O, Yasamal Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham edilib. Söhbət polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaqdan gedir.

Mayın 28-də Bakının mərkəzində 28 May - Respublika Günü münasibətilə REAL üzvlərinin iştirakı ilə yürüş keçirilib.

Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək, onun sona kimi davam etməsinə imkan verməyib.

Dünən, mayın 29-da Yasamal Rayon Məhkəməsində REAL Partiyası Ali Məclisinin üzvü Azər Qasımlıya 30 sutka həbs cəzası verilmişdi.

Polisə tabe olmamaqda günahlandırılan Qasımlı həbsini Respublika Günü şəhərin mərkəzində keçirilən yürüşlə izah etmişdi.

Bu gün mayın 30-da isə əvvəlcə REAL Partiyası Ali Məclis üzvü Elmin Həmzəyə 25, sonra isə Nizami Rayon Məhkəməsində Nəriman İsmayılova eyni - polisin tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka həbs cəzası verilib.

Baş verənlərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG