Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:37

ABŞ-ın dəstəklədiyi qüvvələr Raqqaya “tam nəzarəti” ələ alır


Suriya Demokratik Qüvvələrinin (SDQ) döyüşçüləri

Suriyada ABŞ-ın dəstəklədiyi qüvvələr ağır döyüşlərdən sonra Raqqa şəhəri üzərində nəzarəti “tam” ələ aldığını bildirib.

Bu şəhər uzun müddətdir kİ, özünü İslam Dövləti adlandıran ekstremist təşkilatın de facto paytaxtı və son istehkamı sayılırdı. Onlarca cihadçının hələ də şəhərdə qaldığı xəbər verilib.

Suriya Demokratik Qüvvələrinin (SDQ) sözçüsü Talal Sello oktyabrın 17-də deyib: “Raqqadakı hərbi əməliyyatlar başa çatıb, lakin mümkün gizli dəstələrin və minaların təmizlənməsi məqsədilə kiçik əməliyyatlar davam edir”.

O deyib ki, “tezliklə şəhərin azad edilməsinə dair rəsmi bəyanat olacaq”. Sözçü bildirib ki, əsasən kürd döyüşçülərdən ibarət SDQ koalisiyası xəstəxana və stadion da daxil İD-in son müqavimət guşələrini ələ keçirib.

Britaniyada mənzillənmiş Suriya İnsan Haqlarlı Müşahidə qrupu bildirir ki, SDQ-nin dörd aydan bəridir mühasirədə saxladığı Raqqa İD döyüşçülərindən tamamilə təmizlənib.

Lakin ABŞ hərbiyyəsi bildirir ki, hələlik şəhərin yalnız 90 faizinin İD-dən geri alındığını təsdiqləyə bilər.

ABŞ koalsiyasının sözçüsü polkovnik Ryan Dillon deyib ki, Raqqada İslam Dövləti döyüşçülərinin bəzi müqavimət guşələri qalır.

SDQ oktyabrın 15-də bildirmişdi ki, Raqqada İD-in “kökünün kəsilməsi” məqsədilə son hücum əməliyyatı başlanır. Bundan əvvəl bəzi İD döyüşçülərinə və onların ailələrinə şəhərdən çıxmaq imkanı verilmişdi.

Bu da xəbər verilir ki, dörd aydır adavam edən döyüşlər əsnasında Raqqada 3250 nəfər həlak olub. Bu, şəhərin mülki əhalisinin dörddə biri deməkdir.

AzadlqıRadiosu xəbər verir ki, bir vaxtlar İD-in bəyan etdiyi qondarma “xilafətin” de facto paytaxtı sayılan Raqqanın süqutu Suriya və İraq boyunca 2014-cü ildən bəri nəzarət etdiyi əraziləri itirən İD üçün böyük zərbə olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG