Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:47

ABŞ-ın dəstəklədiyi qüvvələr Raqqaya hücuma başladı


Suriya - ABŞ-ın dəstəklədiyi ərəb-kürd yaraqlıları Amerika zirehli texnikasından istifadə edir. Raqqa ətrafı
Suriya - ABŞ-ın dəstəklədiyi ərəb-kürd yaraqlıları Amerika zirehli texnikasından istifadə edir. Raqqa ətrafı

ABŞ-ın dəstəklədiyi müttəfiq qüvvələr "İslam dövləti" terror qrupunun Suriyada - Raqqa şəhərindəki mövqelərinə hücuma keçib.

Müttəfiq qüvvələrin sözçüsü bunu şəhərdə ekstremistlərlə "son döyüş" adlandırıb.

Suriyanın şimalındakı bu şəhər indi terrorçuların əsas dayaq məntəqələrindəndir.

Bu arada onlarla "İslam dövləti" yaraqlısınının təslim olması haqda məlumat da yayılıb.

Kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin sözçüsü Mustafa Bali bildirib ki, döyüş saatlarla, yaxud günlərlə çəkə bilər.

Suriya Demokratik Qüvvələri sıralarında ərəblər də döyüşür.

Raqqa vaxtilə terrorçuların paytaxtı olub. Bu şəhəri itirmələri onlara böyük zərbə olacaq.

Bali deyib ki, terrorçular şəhərin bir neçə rayonunda müttəfiqlərə ciddi müqavimət göstərirlər.

Buna da bax: Türkiyə İdlibə qoşun yeritdi

Türkiyə Suriyanın İdlib Əyalətinə ordu yeritdi
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00



Müttəfiq qüvvələrə havadan ABŞ təyyarələri də dəstək verir.

Terrorçuların mövqeləri raketlərlə yanaşı toplardan da şiddətli atəşə məruz qalır.

Dinc sakinlərdən bəziləri şəhərdən çıxa bilməyiblər.

Müttəfiqlər bildirirlər ki, indi Raqqanın 90 faizi onların nəzarətindədir.

Britanyada mənzillənən İnsan Haqları Uğrunda Suriya Müşahidə Qrupu bildirir ki, yaraqlılar oktyabrın 14-ə keçən gecədən öz ailələri ilə birlikdə Raqqanı tərk etməyə başlayıblar. Şəhərə bu məqsədlə avtobuslar gəlib.

Amma onların haraya getdikləri bilinmir.

London İqtisadi Məktəbinin professoru Fawaz Gerges deyir ki, "İslam dövləti" qruplaşması Raqqanı itirsə belə, hələ də yetərincə güclü struktur kimi qala biləcək.

Onun fikrincə, qruplaşmanı tam məhv etmək üçün azı bir il Suriya və İraqda ciddi döyüşlər getməlidir.

"İslam dövləti"nə qarşı Rusiya ordusu da mübarizə aparır.

Kreml Suriya prezidenti Bəşər Əsədi dəstəkləyir.

Rusiya ordusunun yaydığı məlumata görə, terrorçular hazırda Suriya ərazisinin yalnız 8 faizinə nəzarət edirlər.

Buna da bax: Rusiya təyyarəsi Suriyada qəzaya uğradı

Rusiyanın Su-24 təyyarəsi Suriyada qəzaya uğrayıb
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG