Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:36

«Nə pul var, nə də komanda...»


Mirəli Hüseynov
Mirəli Hüseynov

-

Son 10-15 ildə Azərbaycanda keçirilmiş seçkilərin monitorinqini aparan bir çox yerli təşkilatlar bu dəfə parlament seçkilərinə bir elə maraq göstərmirlər. Söhbət hesabatlarında əsasən tənqidi rəylərin yer aldığı təşkilatlardan gedir. Onlardan biri - Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli hazırda həbsdədir. Demokratiyanı Öyrənmə İctimai Birliyi və daha bir neçə qurum isə sadəcə bu seçkilərin monitorinqini aparmırlar. Elə bunun səbəbini öyrənmək üçün Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynova üz tutduq:

-Mirəli bəy, eşitdik ki, qarşıdan gələn parlament seçkilərinin monitorinqini aparmırsınız. Buna səbəb nədir?

-Açığı indi seçkilərin obyektiv şəkildə monitorinqini aparmaq üçün heç bir şərait yoxdur. Nə maliyyə var, nə komanda var, nə də həvəs. Belə olan halda biz işləyə bilmərik...

- Bəs sizcə, sizin kimi bir sıra yerli monitorinq təşkilatlarının bu prosesdən kənarda qalması seçkilərin gedişinə necə təsir edə bilər?

- Düzünü deyim ki, bunun heç bir təsiri olmayacaq. Əvvəllər seçkilərin monitorinqin aparırdıq, bunun nə təsiri olurdu ki? Seçkini necə istəyirdilər, elə də keçirirdilər. Üstəgəl indi bu seçkilərə maraq daha azdır. Daha az siyasi partiyalar mübarizəyə qoşulublar. Üstəlik, sadə insanlar seçkiyə çox az maraq göstərirlər. Beynəlxalq təşkilatların tövsiyələrinə baxmayaraq, seçki qanunvericiliyi də dəyişmədi. Belə bir şəraitdə fəaliyyət göstərmək çox çətindir...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG