Keçid linkləri

2017, 23 İyun, Cümə, Bakı vaxtı 22:53

Kəndlərdə icra başçısından qayıq istəyiblər...


Bakı yağışdan sonra. 13iyun2017

Ramanadakı yeni yaşayış massivinin sakinləri AzadlıqRadiosu-na bildiriblər ki, iyunun 12-dən 13-nə keçən gecə və ayın 13-də davamlı yağışdan sonra yaşayış evlərini su basıb.

QAYIQ İSTƏYİRLƏR

Yaşayış massivinin sakini Elton Baxışov deyir, bu dəfə sakinlər icra başçısı qarşısında kanalizasiya sistemi yox, qayıq tələbi qoyublar:

Buna da bax:​ Köçkünlər: 'Prezidentin ləğv elədiyi borc yenidən tələb olunur'

"Yeni tikilmiş evlər var, hamısı yarıyacan suyla dolub, özümüz motor qoşub suyu kənara vururuq. Heç Fövqəladə Hallar Nazirliyinin işçiləri də gəlmir. Öz əlimiz, öz başımıza qalmışıq. Səbəb də odur ki, bu boyda ərazidə kanalizasiya sistemi yoxdur, suyun çıxar yeri yoxdur. Maşınlarımız suyun içində batıb, yerimir. Hələ bu su çəkiləndən sonra həngamə qarşıdadır, divarları qurutmaq, döşəmələri qurutmaq... Rütubətin, xəstəliyin içindəyik".

Eyni vəziyyət Binədəki keçmiş gülçülük sovxozunda da yaşanıb. Orada yaşayanlar səhər sübhdən həyətlərə, zirzəmilərə dolan suları çəkməklə məşğuldular.

Buna da bax: Binaların zirzəmilərinə doluşan itlər sakinlərə qənim kəsilib

"Qaynar xətt"ə Hökməlidəki yeni yaşayış massivindən də şikayət gəlib. Yağış nəticəsində qrunt suları evlərə çatıb. Hökməli sakini Cavanşir Əsgərov deyir, massivdə kanalizasiya sistemi qurulmadığından hazırda nəcis anbarlarına su dolub, anbarlar daşıb və məhəllələri üfunət basıb.

“SƏBİRLİ OLSUNLAR”

Abşeron rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, Hökməli ətrafında yeni salınan yaşayış massivləri çökəklikdədir. Sular həmin çökəkliklərə yığılır:

"Adamlar ev tikəndə özləri qərar verməliydilər - çökəklikdə tikilən və kanalizasiya sistemi olmayan yerdə bir az güclü yağış yağsa, evi su basacaq. Bununla belə, bələdiyyə və icra hakimiyyətinin işçiləri həmin evlərə baxış keçirəcək, tədbirlər görüləcək".

Buna da bax:​ Laçın köçkünü: 'Günahım odur ki, haqqımı tələb edirəm'

Sabunçu və Xəzər rayon icra hakimiyyətləri isə subasmayla bağlı şikayət gələn ərazilərdə kanalizasiya sisteminin qurulacağını bildiriblər. Sabunçu rayon İcra Hakimiyyəti:

"Necə yəni qayıq istəyirlər?.. Səbirli olsunlar, Bakıətrafı kəndlərin iqtisadi, sosial inkişafı proqramında bu məsələ yer alıb, həmin ərazilərdə su və kanalizasiya xətlərinin çəkilişi gündəmdədir".

Sənin fikrin

Şərhləri göstər

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG