Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:52

Taciklər ‘prezidenti’ ciblərində gəzdirə biləcəklərmi?


1000 tacik somonisi 127 dollardır
1000 tacik somonisi 127 dollardır

Tacikistan Milli Bankının rəhbərliyi İsfara şəhərindən olan bir sakinin təklifini qəbul etdiyini bildirib.

Təklif isə bundan ibarətdir ki, üzərində prezident Emamoli Rahmonun portreti olan 1000 somonilik əskinaslar buraxılsın. Bu, indiki valyutadəyişmə kursu ilə təxminən 127 ABŞ dolları qədər puldur.

Bu təklifi vermis İsfara sakini barəsində qısa məlumatda deyilir ki, bu 15 nömrəli orta məktəbin müəllimi Xasanboy Asadovdur.

Milli Bankın məlumatında bildirilir ki, hazırda mütəxəssislər yeni əskinas təklifinin üzərində işləyirlər. Pulun konkret nə zaman çap olunacağı hələ bəlli deyil.

Bankın təklifə cavabı
Bankın təklifə cavabı

Dekabrın 14-də Xasanboy Asadov AzadlıqRadiosunun Tacik xidmətinə deyib ki, öz təklifini yeni əskinasın eskizi ilə birlikdə həm prezidentin administrasiyasına, həm də Milli Banka göndərib.

Bu da bəlli olub ki, bundan əvvəl Asadov Tacikistanın müstəqiliyinin 25 illiyi münasibəti ilə 500 somonilik qızıl sikkələrin buraxılmasını təklif edibmiş. Həmin təklifə reaksiya olmayıb.

Asadovun sözlərinə görə, Emomali Rahmonun portreti ilə 1000 somoniliyin buraxılması təklifi ilə əvvəllər Tajiksugurta adlı qurumun direktorlarından Şarif Karimov adlı birisi də çıxış edibmiş, lakin o vaxt təklif social mediada kəskin tənqid olunurdu.

Emomali Rahmon bu ilin oktyabrında Konstitusiyaya edilən dəyişikliklə “Milli lider” titulu alıb.

Tacikistanın milli valyutası somoni 2000-ci ildən dövriyyədədir. İndiyədək buraxılmış əskinaslarda Sədirəddin Ayni, Rudaki, İsmayıl Samani, Əbu Sina da daxil olmaqla ölkənin görkəmli şairlərinin və tarixi şəxsiyyətlərinin portetləri əks olunub.

Düşər-düşməzi olur

Bəzi ekspertlərin fikrincə prezidentin portretinin milli valyutada əks etdirilməsi ideyasını Tacikistan qonşu Qazaxıstandan götürüb. Qazaxıstanda bu yaxınlarda üzərində Nursultran Nazarbayevin portreti olan 10 min tengelik əskinas buraxılıb. Bu əskinas hazırkı kursla 30 dollara bərabərdir.

Qazaxıstan prezidentin "portreti" tədavülə yenicə buraxılıb
Qazaxıstan prezidentin "portreti" tədavülə yenicə buraxılıb

Lakin bu regionda portreti pulun üzərində olan təkcə Nazarbayev deyil.

1993-2005-ci illər arasında buraxılmış bütün türkmən əskinas və sikkələrinin üstündə keçmiş prezident Saparmurat Nityazovun portretləri olub.

Lakin Türkmənbaşının portreti 2009-cu ildə prezident Qurbanqulı Berdımuxammedov tərəfindən təsdiq edilmiş təzə 1, 5, 10, 20, 50 və 100 manatlıqların üzərindən yoxa çıxıb. Hazırkı kursla 3,5 türkmən manatı 1 dollardır.

Bu mənada Tacikistan prezidentinin portreti xeyli bahalı olacaq. Hazırkı kursla 1000 somoniyə 127 dollar almaq olar. Başqa sözlərlə bu ölkədə “bir emomali”, “iki emomali” əskinaslarını cibində gəzdirənlərin sayı elə də çox olmayacaq.

Bu ilin fevralına olan məlumata görə Tajikistanda orta aylıq əməkhaqqı 832 somoni olub (173 dollar). Bəzi məlumatlara görə Tacikistan orta aylıq əməkhaqqına görə MDB ölkələri arasında axırıncı yerdədir.

Müəllimlərə gəlincə isə onların aylıq maaşı 56 dolları keçmir.

Yəni 1000 somonlik əskinasın eskizini vermiş Xasanboy müəllimin bu əskinası almaq üçün iki aylıq maaşı da azlıq edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG