Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 11:54

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan vəzifəli şəxslərindən biri – «Aztelekom»un keçmiş baş mühasibi Oqtay Rüstəmovun səhhəti ağırlaşıb.

Bu haqda fevralın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində Oqtay Rüstəmov, nazirliyin Aparat rəhbəri olmuş Vidadi Zeynalov da daxil olmaqla, 11 nəfərin işinə baxan hakim Əfqan Hacıyev məlumat verib.

Hakim bildirib ki, səhhətilə əlaqədar O.Rüstəmovu məhkəməyə gətirmək mümkün olmayıb. Bu səbəbdən rabitəçilərin məhkəməsi fevralın 22-nə qədər təxirə salınıb.

V.Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Təqsirləndirilən şəxslər mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa əməllərdə suçlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG