Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:41

Gədəbəydə cəbbəxana tapıldı


Söyüdlü kəndi
Söyüdlü kəndi

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) avqustun 12-si və 13-də Gədəbəy rayonu Söyüdlü kəndi ərazisində əməliyyat keçirib.

Bu barədə agentlik məlumat yayıb.

Məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gədəbəy rayonu, Söyüdlü kəndi ərazisində çayın içərisində 3 ədəd mərminin aşkar olunması barədə informasiya daxil olub.

Agentliyin əməkdaşları Söyüdlü kəndi ərazisindəki su hövzəsinə baxış keçiriblər.

Buna da bax: ANAMA: 'Cocuq Mərcanlı minalardan təmizlənib'

“Aparılan təcili əməliyyat axtarış tətbirləri nəticəsində orada 100-lərlə müxtəlif tipli hərbi sursatın olması aşkar olundu. Hərbi sursatların sayının çox olmasını, günün sona çatmasını və havanın qaralmasını nəzərə alaraq əməliyyat avqustun 13-də də davam edib. Nəticədə 895 ədəd müxtəlif tipli hərbi sursat (18 ədəd əl qumbarası (F-1) aşkarlanıb”

Agentlik bildirir ki, aşkar edilən silah sürsat arasında6 ədəd tank əleyhinə raket (3 ədəd PQ-7L və 3 ədəd PQ-7S), 4 ədəd tratil şaşkasıvə avtomat darağları aşkarlaıb.

Məlumatda qeyd edilir ki,silah sürsat Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG