Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 06:15

'Gilas əldən getdi'


Arxiv fotosu

"Çəkdiyim xərcim də batdı, özüm də batdım... Leysan və dolu təsərrüfatlarımızı məhv elədi".

Qubanın Aydınkənd kəndinin sakini Adışirin Qafarov deyir, mayın 16-da yağan dolu meyvə bağlarına və taxıl sahələrinə zərər vurub. Təbiətin şıltaqlığı imkan versəydi, Adışirin Qafarov həyətindəki 300-ə yaxın gilas ağacından götürəcəyi məhsulu Rusiyaya və yerli bazarlara çıxaracaqdı.

Buna da bax:​ Meyvəni qapıdan alıb birbaşa Rusiyaya aparırdılar, heyf o günlərdən

300-Ə YAXIN AĞAC...

Meyvə yığımına az qalmış yağan dolu bağbanın arzularını alt-üst edib:

"Neçə gündür ki, gah leysan gedir, gah dolu yağır... Adamların taxıl sahələri əldən gedib. Meyvəçiliklə məşğul olanlar da bu mövsümdə məhsuldan əllərini üzməli oldular. Kreditlə, borc-xərclə ək, od qiymətinə dərmanını al..."

Buna da bax:​ Astara sakininə niyə çəltik əkmək daha sərf eləmir?

“MƏHSULUN YARISI ZAY OLUB”

Şimal bölgəsində aramsız yağan yağış Xaçmaz və Qubanın başqa kəndlərində də təsərrüfatlara ciddi zərər vurub. Yergüc kəndində meyvə təsərrüfatı olan Müslüm Qiyamov deyir, mayın sonundan gilas yığımına başlanır, iyunun sonunadək davam edir. Ancaq deyəsən, bu dəfə meyvə yığmaq əvəzinə, ağacları çürümüş meyvələrdən təmizləməklə məşğul olacaqlar:

"Bir azdan gilasın "Krım", "Napoleon" və "Romanovka" sortları yığılmağa başlanmalıdır. Ancaq aramsız yağış məhsulun axırına çıxıb. Məsələn, mənim yığacağım məhsulun tam yarısı zay olub. İş orasındadır ki, meyvə yağıntıların təsirindən çatlayır, çürümə baş verir. Həmin meyvələri emal müəssisələrinə də təhvil verə bilmirik".

Buna da bax:​ Susuz Xaşaxuna bağları

Eyni kənddən olan Fərzəli bağban məhv olmuş ərik bağına görə bağbanlara kompensasiya verilməsini təklif edir:

"Axı, bir ağac deyil, iki ağac deyil. Söhbət yüzlərlə ağacdan gedirsə, sel gəldi, leysan gəldi, dolu düşdü, nə bilim, yer ayrıldı, ağaclar yerə girdi. Bunlar hamısı təbii fəlakətdir, buna görə kompensasiya ödənməlidir. 260 ədəd qaysı ağacını dolu vurub. Bu, o deməkdir ki, mənim məhsulum batdı. Qonşu kənddə bir kişi var, iki hektarlıq sahədə taxılı zay olub. Buna kompensasiya düşür, ya yox?"

Buna da bax:​ 'Bu kəndlərdən sürətlə köç başlayıb'

KOMPENSASİYA SIĞORTALI SAHƏLƏRƏ VERİLİR

Kənd Təsərrüfatı Nazirliyi zay olmuş məhsula görə kompensasiyanın ödənilməsi ilə bağlı bağbanların istəyini düzgün saymır. Qurumdan "Qaynar xətt"ə bildirilib ki, yalnız sığortası olan sahələr təbii fəlakətdən zərər çəkdikdə dəymiş zərər hesablanır və ödənilir.

Son illər Xaçmaz və Qubanın bir sıra kəndlərində gilas bağlarının sahəsi xeyli artıb. Bu meyvənin satışından əldə olunan vəsait əhalinin əsas gəlir mənbələrindən sayılır.

Şimal bölgəsində yetişdirilən gilas yerli bazarlara çıxarılmaqla yanaşı, qonşu Rusiya Federasiyasının satış mərkəzlərinə də göndərilir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG