Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:19

İqtisadçı: 'Bir ildə büdcədən 1.3 milyard yayındırılıb'


Qubad İbadoğlu

«2015-ci ildə Azərbaycanın dövlət büdcəsi 10 ticarət tərəfdaşı olan dövlətlə idxaldan 1.3 milyard manat vəsait itirib».

İqtisadçı-ekspert Qubad İbadoğlunun açıqladığı araşdırmada belə yazılır. O, Azərbaycanın 10 dövlətlə ticarət dövriyyəsini güzgü statistikası əsasında araşdıraraq belə nəticəyə gəlib.

İqtisadçı hesab edir ki, 2015-ci ildə 10 ticarət tərəfdaşı ilə idxal əməliyyatları üzrə qeydiyyatsız dövriyyə 2 milyard 30 milyon dollar və ya hazırkı məzənnə ilə 3 milyard 451 milyon manat olub.

***Buna da bax-İqtisadçı: '...kərə yağı 10-11 manat olar'

«Azərbaycan Dövlət Gömrük Komitəsinin və 10 ölkənin 2015-ci ili əhatə edən əməliyyatlarına dair məlumatlar əsasında güzgü statistikası metodologiyası ilə hesablamalar apardım», - deyə yazan iqtisadçı həm Azərbaycanın, həm də müqayisə edilən ölkələrin rəsmi statistik məlumatlarını açıqlayıb.

«Almaniya ilə rəqəmlərdə fərq 80 mln. 283 min dollar olub. Azərbaycan tərəfinin rəsmi rəqəmlərində bu göstərici 690 mln. 82 min, Almaniyanın rəsmi bilgilərində isə 770 mln. 365 min dollardır»,- Q.İbadoğlu bildirib.

***Buna da bax-Kərə yağını neçə şirkət gətirir?

O, daha sonra digər ölkələrdən də nümunələr gətirib:

«Fərq əvvəlki illərlə müqayisədə azalıb, ancaq yenə də əhəmiyyətli dərəcədə böyükdür. Ancaq bəzi ölkələr (İsrail, Gürcüstan, Türkiyə və Almaniya) üzrə fərq əvvəlki illərlə müqayisədə daha da böyüyüb».

İqtisadçının açıqladığı rəqəmlərə rəsmi qurumlar hələ ki, münasibət bildirməyib.

«Turan» İnformasiya Agentliyi cəhd göstərsə də Dövlət Gömrük Komitəsindən də bu deyilənlərə aydınlıq gətirmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG