Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:05

“Xuliqanlıq” saydığı qraffitini indi də hökumət özü çəkir


Bakıda qraffiti
Bakıda qraffiti

Bakı divarlarında hökumət və küçə rəssamlarının “şəkil döyüşü” başlanıb.

“ Divara rəsm çəkməyə bizə qanunla qadağa qoyublar, Oyunlar öncəsi Avropaya müasir görünmək üçün indi özləri divarları boyayır. Əgər qadağandırsa, niyə özləri çəkirlər? Əslində bunların çəkdikləri heç qraffiti də deyil. Bunlar saxta rəsmlərdir, əsl qraffitini biz çəkirik. Avropalılar əsl qraffitini yaxşı tanıyırlar, onları bu cür inandırmaq olmaz”.

Bunu AzadlıqRadiosuna Bakıda qraffitiçiliklə məşğul olan komandanın üzvü Yunis Krılov deyir.

Avropa oyunları öncəsi ‎Bakıda mərkəzəşdirilmiş şəkildə ‪Street Art - küçə mədəniyyəti nümunələrinin yaradılmasına başlanıb. Rəssamlardan ibarət qruplar qaldırıcı kranlardan istifadə edərək şəhərin müxtəlif yerlərində, divarlara müxtəlif məna verən rəsmlər çəkirlər. Bu mədəniyyət nümunəsinin digər adı qraffitidir, Avropada geniş yayılıb. Azərbaycanda qanunla qadağandır və xuliqanlıq sayılır.

“BUNU ETMƏK ÜÇÜN AZAD RUHUN OLMALIDIR”

Yunis Krılov deyir ki, Avropa Oyunları öncəsi qanunla qadağan olunun üsuldan istifadə etməklə divarları bəzəməkdə hökumətin məqsədi gözdən pərdə asmaqdır. O deyir ki, 8 ildir bu işlə məşğul olur:

“Bunu etmək üçün azad ruhun olmalıdır. Bunların etdikləri mədəniyyət də deyil. İnternetə girib köhnə şəkillər tapıblar və peşəkar rəssamlara bunu çəkdirirlər. Peşəkar rəssamların indi çəkdiyi şriftlər 1990-cı illərindir. Bu iş rəssam işi deyil. Bunu etmək üçün sənin ruhun olmalıdır. Onların çəkdiyi heç bir məna daşımır. Nə göstərmək istəyirlər, başa düşə bilmirəm. Əgər onlar bizə müraciət etsəydilər, imtina etməzdik və bunu ən yaxşı formada edərdik. Biz özümüz yerlər də tapardıq, rəsm də çəkərdik”.

“BİZİM HƏDƏFİMİZ ÜMİDSİZ GƏNCLİKDİR”

Yunis Krılov deyir ki, hökumət azad fikirdən qorxduğundan qraffitiləri qadağan edib:

“Azadlıq” sözünü yazsan, dərhal gəlib tutub aparacaqlar. Bir neçə il öncə müxalifətin mintinqi öncəsi divarlara hakimiyyət əleyhinə şüarlar yazılmışdı. Gəlib bizi tutub apardılar. Amma, əslində həqiqətən bizim bundan xəbərimiz yox idi. Biz şüar yazmırıq, rəsm çəkirik. Hakimiyyət buna görə qorxur və qraffitini qadağan edib. Məni bir neçə dəfə qraffitiyə görə sutkalıq həbs ediblər. Bizim rəsmlərdə də inqilabi bir şey yoxdur. Mən şəxsən öz şəkillərlimlə daxili aləmimi göstərməyə çalışıram. Şəhərin hər tərəfi reklamlarla doludur. Mən bunu xoşlamıram. Ancaq heç kim məndən soruşmadan gətirib yapışdırır bu reklamları. Bəs mən niyə öz fikrimi ifadə etmək üçün rəsm çəkməyə görə kimdənsə icazə almalıyam? Bu da mənim qəlbimin reklamıdır. Biz istəyirik ki, bu rəsmlərlə gələcəyə ümidsiz olan hazırkı gənclərdə özünəinam hissi yaradaq. Bizim bu işdə heç bir maddi qazancımız yoxdur. Əksinə, lazım olan boyaları öz pulumuzla alırıq”.

Qraffiti divar yazıları və şəkillərlə özünü ifadə edən bir vizual tətbiqi sənətdirdir. Bu işlə adətən gənclərdən ibarət küçə şəbəkələri məşğul olur. Qraffitiçilər bu üsulu fikir azadlığının ifadəsi sayırlar. Azərbaycanda bu əməli törədənləri ya 1 sutkalıq həbs, ya da xeyli pul cərməsi gözləyir. Buna baxmayaraq, Bakıda gizli şəkildə qraffiti ilə məşğul olan şəbəkələr var. Onlar adətən gecələr bu işlə məşğul olurlar. Divarlara gecələr çəkilən şəkilləri isə müvafiq orqanlar qısa müddət sonra silirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG