Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:43

Qorbaçov “SSRİ-nin bərpasını” mümkün sayır


SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov
SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov

SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov keçmiş SSRİ-nin sərhədləri daxilində “yeni ittifaqın” yaradılmasını mümkün sayır.

TASS agentliyinə müsahibəsində Qorbaçov deyib ki, bu ittifaq dövləti könüllü olmalı, lakin “sovet” olmamalıdır.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Qorbaçovun bu qeydlərini şərh edərkən deyib ki, bu onun şəxsi rəyidir.

Kravçuk, Şuşkeviç, Yeltsin...
Kravçuk, Şuşkeviç, Yeltsin...

Sözü gedən müsahibədə Qorbaçov həmçinin deyib ki, Rusiya prezidenti Boris Yeltsini, Belarusun başçısı Stanislav Şuşkeviçi və Ukrayna lideri Kravçuku vətəndaş müharibəsinin törənəcəyindən çəkinərək həbs etməyib.

Ötən cümə axşamı, dekabrın 8-də Sovet İttifaqına son qoymuş Belovej razılaşmasının imzalanmasının 25 ili tamam olub.

1991-ci ildə həmin gün Rusiya, Ukrayna və Belarus liderlərinin imzaqladıqları sənəddə deyilirdi ki, SSRİ beynəlxalq hüququn subyekti və geosiyasi reallıq kimi mövcudluğunu dayandırır. Qorbaçov istefaya həmin ilin 25 dekabrında gedib.

Levada Mərkəzinin keçirdiyi ictimai rəy sorğusuna görə rusiyalıların 56 faizi Sovet İttifaqının dağılmasından təəssüfləndiyini bildirib.Bununla belə ittifaqın bərpa edilməsini bunların 12 faizi istəyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG