Keçid linkləri

2017, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:21

Dövlət Statistika Komitəsi hesablayıb ki, avqustda Azərbaycanda istehlak bazarında qiymətlər iyula baxanda orta hesabla 0,2 faiz bahalaşıb. Elə iyulda da qiymətlər əvvəlki illərə nisbətən qalxmışdı.

İqtisadçı Natiq Cəfərli bir qayda olaraq yayda qiymətlərin düşdüyünü, bu il isə bunun əksinin baş verdiyini deyir.

Buna da bax:​ Bu il maaş artımını gözləməyə dəyərmi? [video]

Ekspert bahalaşmanın 3 əsas səbəbini göstərdi

«Bu yay əvvəlkilərdən fərqli olaraq deflyasiyanın olmamasının səbəblərindən biri benzinin bahalaşmasıdır. Benzinin qiymətinin artırılması ərzaq mallarının, xüsusilə yerli kənd təsərrüfatı məhsullarının qiymətinə təsirsiz ötüşmədi. İkinci amil avronun məzənnəsinin 15 faizə yaxın artması və avrozonadan gələn məhsulların dəyərinin qalxmasıdır», – iqtisadçı söyləyir.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli qiymətlərin artımına dəlalət edən səbəblər sırasında kənd təsərrüfatı məhsullarının əkin sahələrinin strukturunda baş verən keyfiyyət dəyişikliklərini də önə çəkir. Onun fikrincə, bu il texniki bitkilərin əkin sahələrinin artması örüş və biçənəklərin sahələrinin azalmasına gətirib çıxardı. Bu isə öz növbəsində yemi və əti bahalandırıb.

Buna da bax: Sənaye məhsullarının istehsalçı qiymətləri 50 faiz bahalaşıb

Avqustda hər şey bahalaşıb

DSK-ya görə, avqustda ərzağın qiyməti 0,3 faiz, qeyri-ərzaq məhsullarının qiyməti 0,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiyməti isə 0,2 faiz qalxıb.

Ümumilikdə, bu ilin səkkiz ayında ölkədə 14 faizlik inflyasiya qeydə alınıb. Əhali ərzağın alınmasından ötrü əvvəlki ilin eyni dövrünə nisbətən indi 18,2 faiz daha çox pul ödəyir. Bu dövrdə qeyri-ərzaq malları 12,6 faiz, xidmətlər 9,6 faiz bahalaşıb.

Bu il hökumət birrəqəmli inflyasiya olacağını proqnozlaşdırsa da, qiymət artımının 10 faizin üzərində olacağını görmək çətin deyil. 2015-ci ildə Azərbaycanda qiymətlər 4 faiz, ötən il isə 12,4 faiz qalxmışdı.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG