Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 11:52

Qiyas İbrahimovun kamerası qızdırılırmı?


Qiyas İbrahimov

Keçmiş prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!" şüarı yazandan sonra həbs olunan Qiyas İbrahimov dekabrın 13-də yenidən məhkəmə qarşısına çıxarılıb.

Bakı Apelyasiya Məhkəməsində gənc fəalın şikayəti üzrə ilkin baxış iclası keçirilib. Bu işə Vüqar Məmmədovun sədrliyilə, Əflatun QasımovƏmir Bayramovdan ibarət hakimlər heyəti baxır.

Buna da bax:​ Avropa İttifaqı gənc fəalların işi ilə bağlı Bakıdan tələb edir

Qiyas İbrahimovun vəkili Elçin Sadıqov vəsatət qaldıraraq, apelyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib. Müdafiəçi deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə baxılarkən vacib əhəmiyyətli şahidlər dindirilməyib. Baxmayaraq ki, hakim bu haqda vəsatəti təmin edərək, onların dindiriləcəyinə söz vermişdi.

“DİNDİRİLSİNLƏR”

"Biz Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şirəli Babayevin və 25-ci polis bölməsinin əməliyyatda iştirak etmiş iki əməkdaşının məhkəmədə dindirilməsini istəyirdik. Məhkəmə bu barədə vəsatətimizi təmin etsə də, sonradan o adamları dindirməkdən yayındı. Bəhanə gətirdi ki, bu adamlar məzuniyyətdədir. Şirəli Babayev hansı ixtiyarla başqasının icraatında olan cinayət işi üzrə ekspertiza keçirilməsinə qərar verib? Məzuniyyətdə olmaqla iş bitmir, bunlara aydınlıq gətirilməlidir",Elçin Sadıqov vəsatətini əsaslandırıb.

Buna da bax: 'Normal ölkədə bu gənclər heykəl yazsaydı...'

Müdafiəçi deyir ki, Qiyas İbrahimovun cibindən və evindən tapıldığı iddia olunan narkotikin üzərindəki əl-barmaq izlərinin kimə məxsusluğu, narkotikin istifadəyə yararlı olub-olmaması kimi məsələlərin müəyyənləşdirilməsi üçün ekspertiza keçirilməsi haqda vəsatətlər qaldırsa da, təmin olunmayıb: "Bu adama narkotik satışı ittihamı veriblər. Birinci, müəyyənləşdirilməlidir ki, bu narkotik istifadəyə yararlıdır, yoxsa yox. Ali Məhkəmənin Plenumunun qərarı da bunu tələb edir. Bütün bu məsələlərə aydınlıq gətirilməsi üçün qismən məhkəmə istintaqının keçirilməsinə ehtiyac var".

MÜDAFİƏ TƏRƏFİ NARAZIDIR

Hakimlər qısa müşavirədən sonra ilkin baxış iclasının qərarını açıqlayıb. Vəkilin vəsatəti təmin olunmayıb və şikayətə məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar tədqiq olunmadan baxılmasına qərar verilib. Məhkəmə baxışı isə dekabrın 26-na təyin olunub.

Buna da bax:​ Beynəlxalq qurumlar gənclərə hökmü qınayır

Vəkil Elçin Sadıqov bu qərardan narazı qalıb. Müdafiəçi AzadlıqRadiosu-na bildirib ki, ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir: "Təbii ki, biz bu qərardan narazıyıq. Qismən də olsa, məhkəmə istintaqı keçirilməsi vacibdir. Qiyasla görüşüb məsləhətləşəndən sonra bu qərardan Ali Məhkəməyə şikayət verib-verməmək məsələsini müəyyənləşdirəcəyik".

Elçin Sadıqov əlavə edib ki, Qiyas İbrahimov onunla görüşdə saxlanıldığı kameranın həddindən artıq soyuq olduğunu deyib.

Buna da bax: Beynəlxalq koalisiya: 'Söz azadlığına basqılar dayandırılsın'

Qiyas İbrahimov və NİDA Gənclər Hərəkatının digər üzvü Bayram Məmmədov may ayında keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» sözlərini yazandan sonra həbs olunublar. Onların ikisinə də narkotiklərlə bağlı ittihamlar irəli sürülərək, hərəsinə 10 il həbs cəzası verilib.

Buna da bax:

İki atanın əhvalatı...
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

XS
SM
MD
LG