Yanvarın 7-dən Kot-d’İvuarın (Fil Dişi Sahili) Buake şəhərində bir qrup hərbçinin üsyanı davam edir.
Qiyamçılar müdafiə naziri Alan-Rishar Donvahini girov götürüblər.
Müdafiə naziri qiyamçılarla danışıqlar aparmaq üçün Buakeyə gəlibmiş.
Hərbçilərin qiyamı maaşların və yaşayış şəraitlərinin yaxşılaşdırılması tələbiylə başlayıb. Artıq bir neçə şəhəri əhatə edir.
Fil dişi Sahilində hərbçilər ölkənin ikinci ən böyük şəhərinı ələ keçirib
Fil dişi Sahilində hərbçilər ölkənin ikinci ən böyük şəhəri olanBouake şəhərində nəzarəti ələ keçirib. Onlar maaşların artımı və daha yaxşı şərait tələbi ilə etiraz edir.
Hərbçilər şəhərin giriş-çıxışına barrikadalar qurub.
Rəsmi qurumlar onları "qiyamçılar" adlandırır. Qiyamçı hərbçilər ölkənin daha 4 şəhərində polislə atışıb.
Yerli media ölkənin ticarət paytaxtı Abidjanda da silah səsələrinin eşidildiyini bildirir.
Qiyamın hərbi çevrilişə keçəcəyindən ehtiyatlanan prezident Alassane Ouattara Milli Təhlükəsizlik Şurasının toplantısını çağırıb.