Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Sentyabr, Cümə, Bakı vaxtı 17:15

Prezident Atambekov: 'Putin məni dilə tutdu ki…'


Almazbek Atambaev,Bishkek 31 avqust 2016

Qırğızıstanın dövlət başçısı Avrasiya Birliyindən narazıdır

Qırğızıstan prezidenti Almazbek Atambekov dövlət başçısı kimi fəaliyyətinə dair mətbuat konfransı keçirib. O, jurnalistlərə bildirib ki, dostları Putin və Nazarbayev daha bir müddət prezident qalmaq üçün onu dilə tutmağa çalışsalar da, bundan imtina edib. Qırğızıstan prezidenti “Heyvanıstan”ın müəllifi Oruell-dən sitat da gətirib.

Atambekov rus hərbi bazasının Qırğızıstanı tərk etməsiylə bağlı da fikirlər də səsləndirib.

Bu, Qırğızıstan prezidenti Almazbek Atambekov-un bu il öz rezidensiyasından ayrılmadan keçirdiyi ən böyük mətbuat konfransı idi. O bu dəfə dörd saat 50-yə yaxın jurnalistin suallarını cavablandırıb. Jurnalistlərdən biri görüşü selfi çəkdirməklə yekunlaşdırmağı təklif etsə də, Atambekov razılaşmayıb və adi şəkil çəkdirmələrini istəyib. Amma dövlət rəhbəri gənc müxbirə söz verib ki, gələn il – prezidentlik müddəti bitəndə onunla selfi çəkdirəcək.

Qırqızıstan prezidenti Almazbek Atambaev 26 oktyabr 2016
Qırqızıstan prezidenti Almazbek Atambaev 26 oktyabr 2016

Buna da bax: Niyə Azərbaycanda siyasətçilər arasında əlil yoxdur?

Bəzi suallar kefini pozsa da, Atambekov bütün suallara cavab verib. Keçmiş mühafizəçini daxili işlər naziri təyin etməsinin səbəbləri də prezidentə verilən suallar arasındaydı.

“Zamanında ən varlı adam idim”

Bir başqa sual da ölkə rəhbərinin qalmaqallı ərazidə tikdiyi böyük mülküylə bağlı idi.

“Mən çayın bu tərəfində ev tikmişəm. Digər sahildə də ev tikmək lazım gələcək. Zamanında mən çox varlı olmuşam. Deyirdilər ki, az qala, Bişkekin yarısı mənimdir. Öz şəxsi firmamı 1989-cu ildə açmışam. Mən pulu şərəfli əməyimlə qazanmışam və soyğunçu deyiləm”, - Atambekov sualı belə cavablayıb.

“Məni məzəmmət edirlər ki...”

Prezident bildirib ki, Rusiya, özəlliklə Putinlə dostca münasibətlər saxlasa da, gələcəkdə rus hərbi bazası Qırğızıstanı tərk etməlidir. ABŞ hərbi bazası “Qansi”ni tərk etdiyi kimi.

Qırğızsan, Rusiya hərbi bazası Kant şəhəri, 12 avqust 2012
Qırğızsan, Rusiya hərbi bazası Kant şəhəri, 12 avqust 2012

“Məni məzəmmət edirlər ki, Atambekov Amerika bazasını çıxardı, amma Rusiyanınkını saxlayır. Amma unutmayın, Rusiya ilə razılaşma var. Bu il ilk müddət bitir və indən belə rus bazası 49 il qalmalıdır. Sonra müddət 25 il uzadılacaq, ancaq biz müddəti azaltmaqdan ötrü danışıqlar aparıb 25 ili 15-ə endirə bilərik”, - prezidentin sözləridir.

Buna da bax: Siyasi məhbusların həbsxanada oxuduqları kitabların- [siyahısı]

Atambekov bildirib ki, Rusiya Qırğızıstanın əsas tərəfdaşı olaraq qalır və üstəlik, Vladimir Putin-lə onun çox isti münasibətləri var.

“Putin məni çox dilə tutdu ki, prezident postundan getməyim. Siz bilirsiniz ki, Putinlə mənim çox yaxşı, qardaşcasına münasibətim var. Ancaq ona izah etdim ki, bizim xalqlarımız fərqli, bizim yollarımız ayrıdır”, - Atambayev daha bir prezidentlik müddətini istəmədiyini izah edərkən belə deyib.

Qırğızıstan, sərhəd yaxın ərazidə bazar, 26mart 2014
Qırğızıstan, sərhəd yaxın ərazidə bazar, 26mart 2014

“Gizli boykot”

Atambekov-un sözlərinə görə, onun Avrasiya İqtisadi Birliyindəki (AİB-dəki) tərəfdaşları ilə razılaşmadığı məqamlar var. Bazarda Belarus, Qazaxıstan və Rusiya mallarının daha ucuz olması onu narahat edir. Qırğız malını AİB ölkələrində satmaq məsələsi hələ də problem olaraq qalır:

“Biz tərəfdaşlarımızın gizli boykotunu görürük. Qərar qəbul edilsə də, fitosanitariya mühasirəsi qalıb. Bu, yaxşı görünmür. Mən bu barədə hətta Astanada da danışdım. Dedim ki, ya gəlin bərabər tərəfdaş olaq, ya da bu mənə George Orwell-in romanını xatırladır: bütün heyvanlar bərabərdir, ancaq bəzisi - daha bərabər”, Atambayev söyləyib.

Qırğızıstan parlamenti, noyabr 2016
Qırğızıstan parlamenti, noyabr 2016

Müxalifət jurnalistlərini mətbuat konransına buraxmayıblar

Açıq tədbir təsiri bağışlasa da, heç də bütün jurnalistlər Atambekov-un mətbuat konfrasına düşə bilməyib. İki müxalif jurnalistin akkreditasiyasından imtina olunub, müxalifətə yaxın televiziyanın reportyorunu isə jurnalistləri rezidensiyaya aparan avtobusa mindirməyiblər. Mətbuat konfransında məlum olub ki, Atambekov-un da bundan xəbəri varmış və bəlkə göstərişi də özü veribmiş:

“Axşam onlara deyiblər, olmaz. Düz deyiblər. Jurnalistlər var ki, onlara informasiya lazım deyil. Jurnalistika – obyektivlik deməkdir. Hesab edirsinizsə ki bizdə söz azadlığı yoxdur, bu, sizin fikrinizdir”.

XS
SM
MD
LG