Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 19:20

Təntənəli açılış... [media icmalı]


Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi. 12 may 2017

IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi, ölkədə ərzaq məhsullarının bahalaşması və devalvasiyalardan sonra aztəminatlı ailələrin durumu bu gün - mayın 13-ü (2017) medianın aparıcı mövzusudur...

Ərzaq hey bahalaşır...

Exo” qəzetində “Azərbaycanda hansı ərzaq məhsulları daha çox bahalaşır” sərlövhəli məqalə oxumaq olar.

Müəllif ölkədə ərzağın bahalaşmasını ekspertlərlə müzakirəyə çıxarıb.

Buna da bax:​ Dolların düşməsi yaz bahalaşmasının qarşısını ala bilmədi

“Azərbaycanda ərzaq məhsullarının qiyməti bahalaşmaqda davam edir. İqtisadi böhran başladıqdan bu yana idxal xammalı hesabına istehsal edilən yerli ərzaq malları 25-100 arasında bahalaşıb”, deyə ekspertlərdən Nəriman Ağayev qəzetə bildirib.

Azərbaycanda market
Azərbaycanda market

Ekspert hesab edir ki, qiymətlərin bahalaşması ilə bağlı əhalinin şikayətlərinə baxmayaraq vəziyyət dəyişmir. Ərzaq bahalaşmaqda davam edir:

“Alıcılar satıcıları günahlandırır, satıcılar da öz növbəsində istehsalçıları və mal göndərənləri. Onlar da deyillər ki, xidmətlər bahalaşıb və malları əvvəlki qiymətlə mağazaya satmaq onlara sərf etmir”.

Buna da bax:​ Deputat: “Süni qiymət artımı danılmazdır”

N. Ağayev deyib ki, yarmanın bəzi növləri, dəniz məhsulları, kolbasa məmulatları müntəzəm bahalaşır.

Üstəlik, ekspert hesab edir ki, meyvələrin qiyməti yüksəkdir. Bir kiloqram sarımsaq az qala bir kiloqram ətin qiymətinə bərabər satılır:

“Manatın ikinci devalvasiyasından bu günə kimi idxal məhsulları, şokolad məmulatları, konfetlər, pəhriz məhsulları, quru meyvə və qoz bahalaşıb. Bu məhsullar bahalaşmaqda davam edir. Yalnız bazarda məhsul bolluğu bu bahalaşmanın qarşısını ala bilər”.

Müəllif rəsmi statistik məlumatlara istinadən bildirir ki, keçən ilin eyni dövrü ilə müqayisədə 2017-ci ilin ilk rübündə kənd təsərrüfatı məhsulları 10 faiz bahalaşıb.

Buna da bax:​ Kənd təsərrüfatı məhsulları bahalaşıb

Samir Əliyev
Samir Əliyev

Ekspert Samir Əliyev isə deyib ki, yüksək inflyasiya şəraitində əhalinin qazancının çoxu ərzağa gedir:

“500-600 manatlıq maaşın təqribən 80 faizi ərzaq mallarının alınmasına xərclənir. Qalan 20 faiz isə nəqliyyat və kommunal xərclərə nəzərdə tutulur”.

Ekspertlərin fikrincə, ölkənin aqrar sektoru stress halındadır, ərzaq təhlükəsizliyi isə minimum səviyyəyə düşüb.

Buna da bax:​ Deputat: 'Bahalığı yalnız dollara bağlamaq mənasızdır'

“Azərbaycanda yoxsullar rəsmi rəqəmlərdən çoxdur”

Yeni Müsavat” qəzetində “Hökumət iqtisadi böhranın yoxsullaşdırdığı kasıbları...” sərlövhəli məqalə diqqət çəkir.

Hans Timmer
Hans Timmer

Yazının əvvəlində Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmerin Tbilisidə keçirdiyi videokonfransda Azərbaycan iqtisadiyyatı ilə bağlı səsləndirdiyi fikirlərə yer verilib.

Baş iqtisadçı orada deyib ki, Azərbaycan iqtisadiyyatının inkişafından ötrü hərtərəfli strategiya lazımdır:

“Neft gəlirlərinin azalması səbəbindən ölkə alıcılıq qabiliyyətini 25 faizini itirib. Bu, milli iqtisadiyyat üçün çox böyük şok yaradıb. Odur ki, Azərbaycan xüsusilə ixrac yönlü mal və xidmətlər sahəsini inkişaf etdirməlidir. Ölkədə məzənnə çevikliyi təmin edilməli, yəni ölkədaxili qiymətlər xarici qiymətlərə uyğunlaşmalıdır. Bank sektorunun sağlamlaşdırılmasını təmin etmək vacibdir. Neftin qiymətinin düşdüyü bir şəraitdə bank sektorunun sağlamlığı vacibdir”.

Buna da bax:​ 'İqtisadi böhran özü ilə cərimələr gətirir'

Yazıda bildirilir ki, Dünya Bankı təmsilçisinin vurğuladığı daha bir nöqtə yaranmış iqtisadi böhran və inflyasiya səbəbindən vəziyyəti pisləşən aztəminatlı ailələrə dəstək verilməsi olub.

İqtisadçı deputat Vahid Əhmədov isə mövzu ilə bağlı qəzetə bunları deyib:

“Yoxsul təbəqənin müdafiəsi üçün bu istiqamətdə hər hansı konkret qərarlar olmayıb. Ancaq inflyasiyanın qarşısının alınması üçün müəyyən qədər addımlar atılıb. Doğrudur, hazırda qiymət artımları da böyükdür, elə məhsullar var ki, qiyməti 10-12 faiz yox, 50 faiz artıb. Ancaq hökumətin hər hansı ciddi bir addımını görməmişəm”.

Buna da bax:​ 'İnflyasiyanı inhisarçılıq və korrupsiya gücləndirir'

Ekspert Natiq Cəfərli isə deyib ki, ölkədə yoxsulluqla bağlı statistika reallığı əks etdirmir:

Natiq Cəfərli
Natiq Cəfərli

“Azərbaycanda bu sahədə real durumla bağlı araşdırmalar aparılmayıb. Rəsmi rəqəmlərə görə, bizdə yoxsulluq səviyyəsi heç 5 faizə çatmır. Əslində indikatorlar düzgün qoyulub hesablamalar aparılsa kifayət qədər böyük bir rəqəm alınar”.

N. Cəfərli hesab edir ki, düzgün diaqnostika aparılmadığına görə, bu sahədə real addımların atılması da görünmür.

Buna da bax:​ '250 min ailənin ünvanlı sosial yardıma ehtiyacı var'

Onun fikrincə, hətta son kommunal xərclərin artırılması və inflyasiyanın ikirəqəmli həddə olması ən çox aztəminatlı təbəqəyə təsir göstərib. Amma nə minimum əmək haqqı, nə də sosial təminatlarla bağlı ödənişlər ciddi şəkildə artıb.

Təntənəli açılış

Azərbaycan” qəzetində isə “İlham Əliyev 1 milyard 300 milyon insanı Azərbaycan bayrağı ətrafında topladı” sərlövhəli məqalədə IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi dəyərləndirilir.

Müəllif yazır ki, Bakı Olimpiya Stadionunda keçirilən açılış mərasimini bütünlükdə Azərbaycan və paytaxt Bakı həyəcan və sevinc içində izləyiblər.

Buna da bax:​ 54 ölkədən 3 min idmançı iqtisadi böhran keçirən ölkədə [video]

Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi. 12 may 2017
Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi. 12 may 2017

Yazıda vurğulanır ki, “Bakı-2017” İslamiadanın tarixinə ən möhtəşəm idman bayramı kimi yazılacaq.

Müəllif xatırladır ki, son illər Azərbaycan I Avropa Oyunlarına, Dünya Şahmat Olimpiadasına, “Formula 1” kimi beynəlxalq yarışlara ev sahibliyi edib.

Yazıda qeyd edilir ki, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının uğurunu şərtləndirən başlıca amil məhz bu sahədə qazanılan zəngin təcrübədir:

“Azərbaycanın ev sahibi olduğu İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edir”.

Buna da bax:​ 3 ölkə İslamiada-ya gəlmir - səbəbləri açıqlamır

Yazıda bildirilir ki, idmanın 20-dən çox növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycanı bu oyunlarda 425 atlet təmsil edir.

Yazıda IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri, birinci vitse-prezident Mehriban Əliyevanın mərasimdəki çıxışından da sitat verilib:

“Gücümüz həmrəylikdədir! Bu ruhlandırıcı mesajı IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın hüdudlarından çox uzaqlara göndərəcək”.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG