Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:44

Qərb Rusiyanın təlimlərindən nə gözləyir


Belarus, Brest rayonunda Rusiya qoşunları.
Belarus, Brest rayonunda Rusiya qoşunları.

İki il öncə minlərlə rus hərbçisinin cənubi Sibir çöllərində keçirilən "Tsentr" adlı hərbi təlimdə iştirakı zamanı qərb ekspertləri maraqlı bir halı qeydə aldılar.

Müdafiə nazirliyi tank briqadaları, hava-desant batalyonları, motorlu atıcı diviziyalar və mərmiatanları daşıyan qatar vaqonlarla yanaşı həm də federal balıqçılıq agentliyinə əmrlər verirdi.

Buna da bax:​ Yerevan “Agile Spirit 2017” təlimlərindən niyə son anda imtina edib?

NATO YAXINLIĞINDA İLK TƏLİM

"Düşündüm ki, balıqçılıq nazirliyi nə işlə məşğuldur ki", – deyə İsveç Müdafiə Tədqiqat Agentliyinin aparıcı hərbi təhlilçisi Johan Norberg xatırlayır. O əvvəlcə düşünüb ki, hərbçilər Rusiyanın balıqçı donanmasını kəşfiyyat resursu kimi nəzərdən keçirirlər.

Qərb təhlilçiləri gələn həftə Rusiyanın qərb sərhədlərində başlayacaq hərbi təlimlər zamanı dəyərli informasiya əldə etməyə ümid edirlər. Bu, Soyuq Müharibənin bitməsindən bəri Moskvanın bu regionda keçirdiyi ən irimiqyaslı təlimlər olacaq. Ekspertlər bu təlimlər zamanı real vaxtda, real praktikada Rusiya ordusunun illərlə davam edən institusional islahatlardan sonra nəyə qadir olduğunu görə biləcəklər.

Buna da bax:​ Fransa ilə Almaniya "Qərb-2017" hərbi təlimini pisləyiblər

Belarus ərazisində və Estoniya, Latviya və Litvanın şərq sərhədlərində keçiriləcək "Zapad" təlimi rəsmən sentyabrın 14-də başlayacaq. Bu, Rusiyanın Ukraynaya aid Krım yarımadasını ilhaqından bəri NATO üzvü olan ölkələrin yaxınlığında keçirdiyi ilk təlimdir.

Belarus. Vladimir Putin, Alexander Lukashenka onun oğlu "Qərb-2013" təlimlərində.
Belarus. Vladimir Putin, Alexander Lukashenka onun oğlu "Qərb-2013" təlimlərində.

NATO ÜZVLƏRİ NARAHATDIR

Bu və bir sıra başqa səbəblərdən Baltik dənizindən Qara dənizə kimi bütün NATO üzvləri bu təlimlərdən narahatdır. Bəzi müşahidəçilər təlimə qatılacaq şəxsi heyətin sayının 100 mindən artıq olacağını deyirlər. Təlimdə tanklar, artilleriya qurğuları, təyyarələr və başqa avadanlıqdan istifadə olunacaq.

Rusiya ilə hərbi toqquşmanı gözləyən Qərb mütəxəssislərinin sayı çox az olsa da, NATO üzvləri öz vətəndaşlarına bu barədə məlumat vermək və Rusiyanı ciddi qəbul etdiklərini göstərmək üçün bəzi addımlar atıblar. Hazırda ABŞ Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Baltik ölkələrinin hava məkanına nəzarət edir; Polşa özünün Rusiyanın Baltik anklavı olan Kalininqrad yaxınlığında hava sərhədini bağlayır; 4 min 500 hərbçini birləşdirən dörd NATO döyüşçü birliyi Baltik ölkələri və Polşada hazır vəziyyətdə dayanıb.

Buna da bax: NATO və Rusiyanın hərbi rəhbərləri Bakıda görüşür [yenilənib]

Bu mənada "Zapad" təlimləri son on ildə aparılan islahatlardan sonra Rusiya silahlı qüvvələri və hərbi strateqləri üçün imtahan rolunu oynayacaq.

ÇOX YAXŞI İMKAN

"Təlim bizim Rusiya ordusunun əslində nəyə qadir olduğunu daha yaxşı anlamağımızdan ötrü çox yaxşı imkandır: o, logistikanı necə idarə edə bilir, müxtəlif qurğuları necə hərəkət etdirir, yaxud Baltika səhnəsində əməliyyat zamanı necə fəaliyyət göstərə bilir", – CNA Korporasiyasının aparıcı tədqiqatçısı, Vaşinqtondakı Kennan İnstitutunun təqaüdçüsü Michael Kofman deyir.

"Bizim üçün bu təlim daha maraqlıdır, çünki biz Rusiya ilə Mərkəzi Asiyada üz-üzə gəlməyi planlaşdırmırıq", – Kofman deyir.

Təlimə həftələrlə hazırlıq görülüb. Çox sayda ağır texnika və hərbi maşınlar iri dəmiryol vaqonları ilə Belarus ərazisinə daşınıb. Kalininqradda və başqa yerlərdə isə mülki vətəndaşlar səfərbər edilib.

Buna da bax:​ Azərbaycan Qərbdən üz çevirsə nə baş verər? [media icmalı]

"Əvvəllər də şahidi olduğumuz kimi, ruslar döyüşməyi planlaşdırdıqları kimi təlim keçirlər. Ona görə də "Zapad" onların hərbi yenilikləri və sözsüz ki, hazırkı siyasi düşüncələri haqda xeyli məlumat verəcək", – Estoniya Müdafiə Nazirliyinin siyasət katibi Kristjan Prikk Vaşinqtonda yerləşən Atlantika Şurasının iyulda keçirdiyi tədbir zamanı deyib.

İSLAHATLAR

2008-ci ildə Rusiya cənub qonşusu Gürcüstana hücum edərək ona üstün gəldi. Ancaq cəmi beş gün davam edən qarşıdurmada onun bəzi ciddi zəif tərəfləri üzə çıxdı. Məsələn, bəzi rus zabitlərinin mövcud radio tezliklərində əlaqə qura bilməmələri və bu səbəbdən adi mobil telefonlardan yararlandıqları bildirilir. Rusiyanın nəzarət dronlarının da zəif olduğu üzə çıxıb.

Rusiya qoşunları Gürcüstanda. Gori, 14Avq2008
Rusiya qoşunları Gürcüstanda. Gori, 14Avq2008

Aparılan islahatlardan biri diviziyalar üzərində qurulmuş sovet hərbi strukturundan uzaqlaşaraq daha kiçik briqada strukturuna keçidi nəzərdə tutur. Yeniliklərdən biri də şəxsi heyətin çağırışçılar yox, müqaviləli əsgərlər hesabına qurulmasıdır.

Buna da bax: NATO Rusiya və Belarusun manevrlərindən narahat deyil

Bundan başqa, dünyada neft qiymətlərinin uzun müddət yüksək olması Rusiyaya müdafiə büdcəsini ciddi artırmağa imkan verib. NATO-nun göstərdiyi rəqəmlərə görə, silah və avadanlığın yenilənməsinə dair 10 illik plana əsasən, ilkin olaraq 2011-2020-ci illər arasında 650 milyard dollar xərclənməli idi. Ancaq Qərbin sanksiyaları, neft qiymətlərinin enməsi və 2015-2016-cı illərdə yaşanan iqtisadi geriləmənin bu prosesi bir qədər ləngitdiyi ehtimal olunur.

Rusiya qoşunları Krımda, 5 mart 5, 2014
Rusiya qoşunları Krımda, 5 mart 5, 2014

Krımın ilhaqı və Şərqi Ukraynada yaradılmış yeni müharibə ocaqları Rusiya ordusunun yeni taktika və avadanlığı sınaqdan keçirməsi üçün real laboratoriya rolunu oynadı. Bu avadanlığa İsrail şirkətlərinin köməyilə hazırlanmış yeni dronlar da daxildir. AzadlıqRadiosu-nun müxbiri "MİD 17" MTK-dan məsələyə münasibət öyrənə bilməyib. Tikinti ərazisində olan müxbir hazırda özül qazıntısının başa çatdığını, əraziyə qaldırıcı kran və başqa ağır texnikaların, tikinti materiallarının gətirildiyini, tikinti işlərinin davam etdiyini müşahidə edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG