Keçid linkləri

Təcili xəbərlər
2021, 07 May, Cümə, Bakı vaxtı 07:30

Keçmiş qazanxanada partlayış olub [fotolar]


Keçmiş qazanxanada partlayış. 29dek2016

Dekabrın 29-u axşam saatlarında Bakının Nərimanov rayonu ərazisində partlayış baş verib.

APA-nın xəbərinə görə, hadisə “Metropark” ticarət mərkəzinin yaxınlığında, Faiq Yusifov küçəsi, 43 ünvanında əvvəllər qazanxana kimi fəaliyyət göstərən tikilidə qeydə alınıb.

Buna da bax:​ Cəbrayıllı köçkünlərin qəsəbəsində indi işıqlar yanır [video]

Məlumata görə, ərazidə pilot layihə həyata keçirilir və "Rahatlığın məkanı" tikinti şirkəti söküntü işləri aparır.

Xəbərdə qeyd edilir ki, qazanxananın işlədiyi dövrdən qalan köhnə mazut çənini həyətdən çıxarmaq mümkün olmadığından, onu şirkət əməkdaşları yandırıb. Lakin çənin qapağı bağlı olduğundan, güclü partlayış olub.

Partlayış nəticəsində ətrafdakı tikililərə və avtomobillərə ziyan dəydiyi bildirilir.

Buna da bax: Cəbhədə yenidən nə baş verir? [reaksiyalar]

Hadisə yerinə Fövqəladə hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi gəlib.

Partlayış nəticəsində başlayan yanğın söndürülüb. Hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb. Partlayış nəticəsində xəsarət alanın olmadığı bildirilir.

Yanğın söndürülüb.
Yanğın söndürülüb.

Yanğın söndürülüb.
Yanğın söndürülüb.

Partlayışdan xəsarət görən avtomobil.
Partlayışdan xəsarət görən avtomobil.

XS
SM
MD
LG