Oktyabrın 20-də futbol üzrə Avropa Liqasının pley-off mərhələsində Bakıda Tofiq Bəhramov adına stadionda Qarabağ FK Yunanıstanın PAOK Salonika klubunu qəbul edib.
Oyun Qarabağ klubunun üstünlüyü ilə keçib. Oyunun 56-cı dəqiqəsində hesabı Quintana Sosa açıb.
87-ci dəqiqədə Əmirquliyev hesabı artırıb.
Qarabağ klubunun daxil olduğu J qrupunda birinci pilləni tutan Fiorentina yad meydançada Slovan Liberec klubuna 1:3 hesabı ilə qalib gəlib.
Beləliklə, Qarabağ ikinci pilləni yerini möhkəmlədib.