Azərbaycanın "Qarabağ” klubu oktyabrın 18-də futbol üzrə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti görüşə çıxır.
Komanda 3-cü görüşdə Madridin "Atletiko" klubunu qəbul edir.
Oyun Bakı vaxtı ilə saat 20-də başlayır.
Bu, komandalar arasında ilk görüşdür.
Bu qrupda mübarizə aparan ingiltərənin “Çelsi” klubu isə səfərdə İtaliyanın “Roma” klubu ilə qarşılaşır.
“Qarabağ” bundan əvvəl keçirdiyi hər iki oyunda uduzub.
Komanda İngiltərədə keçirilən ilk oyunda "Çelsi”yə 0:6, Bakıda isə "Roma”ya 1:2 hesabı ilə məğlub olub.
Hazırda qrupa 6 xalla “Celsi” liderlik edir.
“Roma”nın 4, “Atletiko”nun 1, “Qarabağ”ın isə 0 xalı var.
18 oktyabr
Çempionlar Liqasının qrup mərhələsi
20:00. "Qarabağ" - "Atletiko"
22:45. "Çelsi" - "Roma"