Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 20:42

Cümhuriyyətin yaşıdı 99 yaşına çatdı


Qara Qarayevin yubileyinə hazırlanmış plakat.

Fevralın 6-da saat 19:00-da M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar Qara Qarayevin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosu-na verilən xəbərə görə, anım mərasimi bu qurumun və Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə öncə böyük sənətkarın həyat və yaradıcılığından danışılacaq, onun Azərbaycan musiqisi tarixindəki xidmətləri vurğulanacaq.

Buna da bax:​ Təəssüf ki, bu gün Azərbaycan Rəsulzadənin görmək istədiyi sırada deyil...

Tədbir konsert proqramı ilə davam edəcək.

Onun adını daşıyan Mərkəzi İncəsənət Məktəbinin şagirdləri və Dövlət Xalq Çalğı Alətləri Orkestri unudulmaz bəstəkarın əsərlərini ifa edəcəklər.

Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda məşhur uşaq həkimi Əbülfəz Qarayevin ailəsində doğulub.

Mükəmməl musiqi təhsili alıb.

Buna da bax: Üzeyir bəy Niyazini repressiyalardan necə qorumuşdu [Yeni araşdırma]

Bakı Konservatoriyasında Üzeyir bəy Hacıbəylinin, Moskva Konservatoriyasında Dmitri Şostakoviçin sinfində oxuyub.

Adı hələ sağlığında əfsanələşən bəstəkar dövrün ən ali mükafatlarını alıb.

Və onu əbədi yaşadacaq əsərlər qoyub gedib.

Qara Qarayev 64 yaşında - 1982-ci il mayın 13-də Moskvada vəfat edib, Bakıda Fəxri Xiyabanda dəfn olunub.

XS
SM
MD
LG