Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:58

Parlament komitəsi məşğulluq qanununu bəyənib


Parlament “Məşğulluq haqqında” qanun qəbul etməyə hazırlaşır.

Milli Məclisin Əmək və Sosial Siyasət komitəsi aprelin 30-da qanun layihəsini bəyənib.

Bu haqda parlamentin mətbuat xidməti xəbər verir.

Komitənin iclasında çıxış edən Milli Məclis Aparatının Sosial Qanunvericilik şöbəsinin əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev qanun layihəsi haqda məlumat verib.

Parlament “Məşğulluq haqqında” qanun layihəsi 5 fəsil, 34 maddədən ibarətdir. Qanun layihəsində özünü məşğulluq, peşə standartları, vakansiya bankı, sığorta və başqa sosial məsələlərin ilk dəfə yer aldığı bildirilir.

Qanun ölkə Konstitusiyasına uyğun olaraq, məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi, təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial təminatını müəyyən etməlidir.

Komitənin toplantısında Əmək Məcəlləsinə dəyişiklik layihəsi də müzakirə edilib. Məcəllənin 118-ci maddəsinə təhsil işçilərinin bəzilərinə əmək məzuniyyətinin verilməsi ilə bağlı texniki dəyişiklik təklif olunur.

Müzakirələrdən sonra deputatlar qanun layihəsini ikinci oxunuşda plenar iclasa tövsiyə ediblər.

Xatırlatma

Hazırda qüvvədə olan "Məşgulluq haqqında" qanun 2001-ci ildə qəbul edilib. Həmin qanun 30 maddədən ibarətdir.

Yeni qanun layihəsi ötən il hazırlanıb, Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

XS
SM
MD
LG