Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:33

Yahya Jammeh Qambiyadan getdi


Yahya Jammeh
Yahya Jammeh

-

Qambiyada prezident seçkilərindəki məğlubiyyətdən sonra vəzifəsindən əl çəkməyən keçmiş prezident Yahya Jammeh yanvarın 22-də ailəsi ilə birlikdə ölkədən gedib.

Qərbi Afrikra Dövlətləri İqtisadi Birliyi (ECOWAS) Yahya Jammehin Qanaya gedəcəyini bildirib.

Keçən ilin dekabrında Qambiyada keçirilən seçkidə qalib gələn Adama Barrow isə yaxın vaxtlarda ölkəyə qayıdacaq.Adama Barrow prezident kimi bir neçə gün əvvəl Qambiyanın Seneqaldakı səfirliyində prezident andı içmişdi.

2 milyon əhalisi olan Qambiya Afrikanın ən kiçik ölkəsidir.

22 il prezident olan Yahya Jammeh beynəlxalq aləmdə opponentlərinə qarşı repressiyalarda ittiham olunurdu.

O, 1994-cü ildə çevriliş nəticəsində hakimiyyətə gəlmişdi.

XS
SM
MD
LG