Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:08

Rusiya qafqazlılara qapılarını açır


Rusiya -- Erməni çörəkçiləri Nalçik bazarında, 3 mart 2006
Rusiya -- Erməni çörəkçiləri Nalçik bazarında, 3 mart 2006
İndiyədək skinherdlərin qorxutduğu miqrantları indi Rusiya hökuməti müdafiə edir. Bu il Rusiyada miqrantlar haqqında yeni qanun qəbul olunmalıdır. Federal Miqrasiya Xidməti miqrantların amnistiyasını təklif edib. Amnistiya MDB-dən, o cümlədən Azərbaycandan olan miqrantların işə düzəlməsini, onların qeydiyyatını asanlaşdırır. Sonradan miqrantların vətəndaşlıq almasına imkan verir. Amma bu hamıya aid deyil. Çünki indi Rusiyada miqrantların sayı milyonlarladır. Bəzi ekspertlər ölkədə 5.5 milyon miqrant olduğunu deyir, digərləri isə 15 milyondan danışır

Rusiyada azərbaycanlı miqrantların sayı isə rəsmi rəqəmlərə görə, 700 min, qeyri-rəsmi məlumata görə, 2 milyona qədərdir. Miqrantların amnistiyasına dair qanun layihəsi hələ müzakirə olunur. Vətəndaşlıq haqqında qanun isə artıq qüvvədədir. Qanuna görə, keçmiş Sovet ölkələrindən olanlar, o cümlədən azərbaycanlılar vətəndaşlıq ala bilərlər. Amma Azərbaycan qanunları ikili vətəndaşlığa imkan vermir.


Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev hesab edir ki, əgər Azərbaycan hökuməti ölçü götürməsə, 18-35 yaş arasında vətəndaşların, əsasən kişilərin Rusiyaya axınının güclənməsi ölkədə demoqrafik balansın pozulması və doğum səviyyəsinin kəskin şəkildə aşağı enməsi ilə nəticələnə bilər. Daha ətraflı Bakıdan Rövşən Qənbərov xəbər verir


Noyabrda Fransada miqrantlar qiyam edəndən sonra Rusiyanın miqrantların şansını artırması bir az qəribə görünə bilər. Amma statistika Rusiyanın başqa yolu olmadığını göstərir. Ölkə əhalisi sürətlə azalmaqdadır. Ekspertlər deyirlər ki, hətta əcnəbilərin Rusiya vətəndaşlığı alması da əhalinin azalmasının qarşısını ala bilməyəcək. Camaatının çoxu Rusiyadan gələn gəlirlə yaşayan ölkələrdən biri də Ermənistandır. Rusiyadakı erməni miqrantlardan Nane Acemyan danışır


Miqrantların amnistiyası deyəsən, Gürcüstana aid olmayacaq. Çünki Federal Miqrasiya Xidməti amnistiyanı Rusiya ilə vizasız gediş-gəlişi olan MDB ölkələrinə aid olduğunu bildirib. Amma vətəndaşlığın sadələşdirilməsi barədə qanun Gürcüstandakı işsizlikdən qaçmağa çalışan gürcülərə də aiddir. Tbilisidən Cimşer Rexviaşvili xəbər verir


DAHA ƏTRAFLI AUDİO HİSSƏDƏ


XS
SM
MD
LG