Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:37

Əfqanıstanda bir qadın sədaqətsizlikdə şübhəyə görə belə cəzalandırıldı (VIDEO)


AzadlıqRadiosunun müxbiri Golnaz Esfandiari yazır ki, Əfqanıstanın şimalında qaragüruh kütlənin bir qadını döyərək cəzalandırmasını göstərən videonun internetdə yayılması dəhşət doğurub.

Xəbər verildiyinə görə ötən dekabrda Əfqanıstanın Taxar vilayətində baş vermiş bu hadisəni görüntüləyən video sosial mediada təzəlikcə yayılıb.

Videoda göy rəngli burqaya bürünərək diz çökmüş qadın və ona qışqıraraq təhqirlər yağdıran kütlə görünür. Kütlənin içində qadının ailə üzvləri də var.

Sonra qadını dövrələyən kişilər onun başına, belinə, qollarına və çiyinlərinə çubuq dəstələri ilə zərbələr endirirlər.

Bütün döyülmə ərzində qadının cınqırı da çıxmır, amma onu döyən kişilər ucadan “Allahu-əkbər” qışrırırlar. Bir məqamda gənc qadın zərbələrə dayana bilməyərək yıxılır. O dizləri üstünə qalxan kimi yenidən zərbələr yağdırılır.

Şahidlər bildirirlər ki, 22 yaşlı qadın yerli mollaların fətvasına əsasən cəzalandırılıb. Onlar qadını əri İranda olarkən nikahdankənar əlaqədə ittiham ediblər.

Taxar qubernatorunun sözçüsü Sonatollah Teymour AzadlıqRadiosuna deyib ki, qohumları qadının bir 17 yaşlı oğlanla evdə tək olmasından xəbər tutublar.

Teymour deyib ki, bu qadın yerli silahlı dəstə başçılarından birinin qohumudur və “cəzalandırma mərasimində” o da iştirak edib.

Adı çəkilməyən qadının bu “məhkəmədən” salamat çıxdığı və hazırda əri ilə birlikdə Çahab kəndində yaşadığı bildirilir.

Teymour bunu da bildirib ki, hakimiyyət orqanları bu insidentdə iştirak edənlərin həbsinə və məsuliyyətə cəlb olunmasına göstəriş verib.

Əfqanıstan Müstəqil İnsan Haqları Komissiyasının sözçüsü Bilal Siddiqi qadını döyənlərin tez bir zamanda tapılaraq cəzalandırılmasına çağırıb.

2015-ci ildə Farkhunda Malikzada-nın döyülərək öldürülməsi etirazlara səbəb olmuşdu
2015-ci ildə Farkhunda Malikzada-nın döyülərək öldürülməsi etirazlara səbəb olmuşdu

Bu qadının başına gətirilənlər Əfqanıstan üçün adi bir hal sayılır. Son illərdə qadınların iddia edilən əxlaq cinayətlərinə görə kütlə tərəfindən cəzalandırılması haqqında çoxsaylı məlumatlar olub.

Bunlardan ən kədərlisi 27 yaşlı Farkhunda Malikzada-nın kütlə tərəfindən döyülərək öldürülməsi barədədir. O guya Quranı yandırdığına dair saxta ittihamla cəzalandırılmışdı.

Onun 2015-ci ilin martında qətlə yetirilməsi ölkədə dərin hiddət yaratmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG