Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 18:04

Putinin asanlaşdırılmış qaydada vətəndaşlıq təklifi çox baha başa gəlir


Vladimir Putin

Rusiya hakimiyyəti ölkənin Uzaq Şər regionuna investisiya qoyanlara sadələşdirilmiş qaydada vətəndaşlıq təklif edir.

Prezident Vladimir Putin bildirib ki, Uzaq Şərq iqtisadiyyatına 10 milyon dollardan artıq sərmayyə qoyan xarici investorlara vətəndaşlıq veriləcək.

O bunu, “Şərq iqtisadi forumu”da bəyan edib.

Amma Putin bunun hansı ölkələrin vətəndaşlarına şamil olmasına aydınlıq gətirməyib.

Hazırkı qaydalara görə Rusiyada azı 5 il yaşayanlar və ya daimi yaşayış icazəsi olanlara vətəndaşlıq verilir.

Ama o şərtlə ki, onlar vergi ödəyicisi olsun, rus dili, rus tarixi və qanunvericiliyindən imtahan versin, təhlükəli xəstəliyi olmasın.

Sadələşdirilmiş qaydada isə yalnız hazırda Rusiyada yaşayan və ya vaxtilə sovet respublikalarında yaşamış keçmiş SSSR-i vətəndaşlarına vətəndaşlıq verilir.

İnvestor sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığı almaq üçün nizamnamə kapitalı 100 milyon rubldan aşağı olmamaq şərti ilə şirkət açmalı, həmçinin 3 il ərzində illik 6 milyon rubldan az olmamaq şərti ilə vergi və məcburi sığorta ödəməlidir.

Beləliklə Putinin Uzaq Şərqlə bağlı təklifi xarici investorlar üçün qoyulmuş həddi aşağı salmır, əksinə qaldırır.

Vətəndaşlıq üçün 10 milyon dollarlıq investisiya, bu cür imkan yaradan digər ölkələrlə müqaisədə çox yüksək məbləğdir.

Məsələn, Avropa ölkələri olan Maltada pasport azı 880 min avro, Macarıstanda 360 min avro, Kiprdə isə 2,5 milyon avrodur.

Avropa Birliyinə daxil olmayan Dominikan respublikasında isə passport almaq 100 min avrodan başlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG