Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:08

Jurnalist deyir ki, Putinin ictimaiyyətdən gizlədilən qızını tapıb


Yekaterina Tikhonova
Yekaterina Tikhonova

-

Cenevrədə fəaliyyət göstərən jurnalist və bloqçu Oleg Kashin deyir ki, Rusiya prezidenti Vladimir Putinin ciddi-cəhdlə ictimaiyyətdən gizlədilən kiçik qızı Yekaterina haqda məlumat toplaya bilib.

O, AzadlıqRadiosunun CurrentTime.TV xəbər proqramına müsahibəsində bildirib ki, prezidentin qızı hazırda Moskva Dövlət Universitetinin həyata keçirdiyi 1,7 milyard dollarlıq layihədə iştirak edir.

Prezident Putin özəl həyatı haqda məlumatları sanki dövlət sirri imiş kimi ictimaiyyətdən gizlədir. O cümlədən 29 yaşlı qızı Mariya və 28 yaşlı qızı Yekaterina haqda məlumatları.

Kashin bildirir ki, 1,7 milyard dollarlıq layihəni həyata keçirən şirkətlərdən olan "Innopraktika"nın rəhbəri Yekaterina Tikhonovadır.

Əvvəllər heç kəsin biznesmen kimi tanımadığı Tikhonova getdikcə cəmiyyət arasında daha çox görünür.

Hökumətyönlü mediada onun dəstək verdiyi bu böyük layihənin Rusiyadan beyin axınına qarşı yönəldiyi deyilir.

Reuters xəbər agentliyi də universitetə yaxın bir rəsmiyə istinadla Tikhonovanın Putinin qızı olduğunu yazıb.

Prezidentin mətbuat katibi Dmitry Peskov-a sözügedən qadının kimliyi barədə sual veriləndə o, həmin qadını tanımadığını, ümumiyyətlə işinin prezidentin ailəsi ilə yox, prezidentin özü ilə bağlı olduğunu deyib.

Kashin deyir ki, Tikhonova əslində akrobatik rəqslərlə məşğul olur. Rusiya və Avropadakı rəqs müsabiqələrində iştirak edib. Aşağıdakı Youtube videosunda da Tikhonovanı görürük.

Rusiyanın müxalif bloqçusu Aleksei Navalny da öz Facebook səhifəsində Tikhonova-nın Putinlə bağlılığından yazıb.

Putinin böyük qızı Mariyanınsa Hollandiyada öz holland əri ilə yaşadığı deyilir.

Ukrayna üzərində rusiyameylli separatçıların vurduğu sərnişin təyyarəsində onlarla holland öləndən sonra Hilversum şəhərinin meri onun deportasiya olunmasını təklif etmişdi.

Yekaterinanın isə Cənubi Koreyada yaşadığı, həmin ölkədən olan admiralla ailə qurmağa hazırlaşdığı bildirilir. Amma Kreml bu xəbərləri təkzib edir.

Putin ötən ilin noyabrında verdiyi müsahibədə demişdi ki, qızları Moskvada yaşayırlar və o onlarla iki ayda bir dəfə görüşür.

XS
SM
MD
LG