Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:01

Putin TürkAxını kəmərinin dərin su fazasına komanda verdi


Rusiya prezidenti Vladimir Putin TürkAxını (TurkStream) qaz kəməri tikintisinin dərin su fazasının inaqurasiyasını keçirib.

Bu kəmər Rusiya qazını Türkiyə vasitəsilə Avropa İttifaqına nəql etməlidir.

Putin iyunun 23-də Rusiyanın cənubundakı Qara dəniz şəhəri Anapa sahillərndəki gəmidən Türkiyə prezidenti Recep Tayyip Erdoğana zəng edərək layihənin başladığı barədə məlumat verib.

TürkAxını Kremlin son illərdə həyata keçirdiyi sualtı qaz kəməri layihələrindən biridir. Bu kəmərlər Rusiya ilə qarşıdurmada olan Ukraynadan yan keçir.

ŞimalAxını (NordStream) Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql edir. Cənub Axını kəməri isə Rusiya qazını Qara dənizin dibi ilə Bolqarıstana çıxarmalı idi. Həmin layihə 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi və bunun ardnca Avropa İttifaqının sanksiyaları ilə bağlı yarımçıq qalıb.

910 kilometrlik TürkAxını kəməri layihəsi də 2014-cü ildən başlansa da, sonradan Rusiya-Türkiyə münasibətlərinin korlanmasına görə dayandırılmışdı.

Lakin sonunda Moskva və Ankara barışığa getdilər və layihə bərpa olundu.

İyunun 23-də Putin “Pioneering Spirit” kran-gəmisində düyməni basmaqla layihənin növbəti mərhələsinin başlanmasına komanda verib.

Putin bu layihənin gerçəkləşdirilməsindəki roluna görə Erdoğana təşəkkürünü bildirib.

Rusiyanın dövlət telekanalları Putinin Erdoğana zəng etməsini göstərən kadrları nümayiş etdirib.

Bu layihə hər birinin illik tutumu 15, 75 milyard kubmetr olan iki xəttin çəkilişini nəzərdə tutur.

İlk xəttin çəkilişi 2018-ci ildə tamamlanacaq, ikinci xəttin inşası isə 2019-cu ildə başa çatacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG