Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:51

Kreml deyir ki, Putin və Trump iyulun 7-də görüşəcəklər


Vladimir Putin (solda) və Donald Trump
Vladimir Putin (solda) və Donald Trump

Kreml bəyan edib ki, Rusiya prezidenti Valadimir Putin ABŞ prezidenti Donald Trump-la iyulun 7-də Almaniyanın Hamburq şəhərində keçirilən G20 sammitinin kuluarlarında görüşəcək.

İyulun 4-də Moskvada Kreml müşavirlərindən Yuri Uşakov müxbirlərə deyib ki, “bu görüş iyulun 7-ə razılaşdırılıb”.

Putinin sözçüsü Dmitri Peskov məlumat verib ki, bu görüş “ayaqüstü” yox, “tam planlı və masa arxasında”ikitərəfli münasibətlərin müzakirəsi kimi hazırlanıb.

Bu, Trump-ın yanvar ayında Ağ Evə gəlişindən bəri iki prezidentin ilk üzbəüz görüşü olacaq.

Görüş Trump administrasiyasının Kremllə əlaqələrinin ABŞ hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığı vaxta təsadüf edir.

ABŞ-ın kəşfiyyat rəsmiləri iddia edirlər ki, 2016-cı ildə seçkiyə Trump-ın qələbəsinə kömək məqsədilə haker müdaxiləsinə və ictimai rəyin manipulyasiyasına şəxsən Vladimir Putinin özü göstəriş verib.

Kreml bu ittihamları rədd edir.

Bundan əvvəl Ağ Ev Trump-Putin görüşünün G20 sammitinin əsnasında iyulun7-8-də yer alacağını təsdiq etmişdi.

O vaxt, iyunun 29-da Ağ Evin milli təhlükəsizlik müşaviri general H.R. McMaster demişdi ki, iki liderin görüşü üçün heç bir “spesifik gündəlik” nəzərdə tutulmayıb.

McMaster bildirmişdi ki, prezident bu görüşdə “lazım bildiyi məsələləri” müzakirə edəcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, iki prezidentin Suriya münaqişəsini müzakirə etməsi olduqca mühümdür.

Özünün seçki kampaniyası ərzində Trump dəfələrlə Putini tərifləmiş və Rusiya ilə daha yaxşı münasibətlərin qurulmasına tərəfdar olduğunu bildirmişdi.

Buna baxmayaraq sön aylarda iki ölkə arasında münasibətlərin normallaşacağına bəslənən ümidlər öləziməkdə davam edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG