Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 10:56

Trump və Putin üçüncü dəfə telefon söhbəti ediblər


AzadlıqRadiosu xəbər verir ki, mayın 2-də ABŞ prezidenti Donald Trump və Rusiya prezidenti Vladimir Putin, Trump yanvar ayında Ağ Evə gələndən bəri üçüncü dəfə telefonla danışıblar.

Əvvəlcədən planlaşdırılmış bu telefon söhbəti, Birləşmiş Ştatlar Suriyadakı hərbi hava bazasına raket zərbələri endirəndən bəri iki lider arasında ilk mükalimə idi.

Pentaqon raket zərbələrini Suriya hökumət qüvvələrinin dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirilmişdi.

Ağ Evin bəyanatında bu telefon söhbəti “çox yaxşı” kimi qiymətləndirilir. Bu da bildirlir ki, tərəflər Suriya müharibəsi də daxil, “Yaxın Şərq boyunca terrorizmin kökünün kəsilməsi istiqamətində birlikdə işləmək” və “Şimali Koreyadakı qorxulu situasiyanı ən yaxşı bir şəkildə həll etmək” məsələlərini müzalkirə ediblər.

Ağ Ev bildirir ki, Vaşinqton mayın 3-də və 4-də Qazaxıstanın Astana şəhərində keçiriləcək Suriya sülh danışıqlarına nümayəndə göndərəcək.

Kremlin bəyanatında deyilir ki, telefon söhbətində əsas diqqət terrorizmə qarşı mübarizədə Rusiyanın və ABŞ-ın hərəkətlərinin koordinasiya edilməsinə yönəldilib.

Prezidentlər Suriya müharibəsinin həlli məqsədilə ABŞ dövlət katibi Rex Tillerson-la Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında dialoqun intensivləşdirilməsi barədə razılığa gəliblər.

Moskva həmçinin bildirir ki, həm Trump, həm də Putin ilk üzbəüz görüşlərinin iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində yer alacaq G20 sammitinin kuluarlarında keçirilməsi ideyasına dəstək ifadə ediblər.

Kreml qeyd edir ki, Şimali Koreya məsələsində Putin, Trump-ı təmkin göstərməyə və Şimali Koreyanın nüvə və raket sınaqları ilə əlaqədar yaranmış gərginliyi azaltmağaçağırıb.

Bu telefon söhbətindən bir neçə saat əvvəl Putin Soçi şəhərində Almaniya kansleri Angela Merkellə görüşərək Ukrayna və Suriya münaqişələrini müzakirə etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG