Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trumpla Sloveniyanın paytaxtı Lyublyanada görüşə biləcəyini bildirib.
Putin bunu Moskvada Sloveniya prezidenti Borut Pahorla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Sloveniya prezidenti Pahorda Putinlə Trumpın görüşünə ev sahibliyi edə biləcəyindən məmnunluğunu bildirib.
Putin vaxtilə ABŞ prezidenti George W. Bushla da 2001-ci ildə Sloveniyada görüşmüşdü.