Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 22:15

Putin deyib ki, Tillerson “pis kompaniyaya düşüb”


Putin Rex Tillerson-u Dostluq ordeni ilə 2013-cü ildə təltif etmişdi

Rusiya prezidenti Vladimir Putin deyib ki, ABŞ dövlət katibi Rex Tillerson 4 il əvvəl Rusiyanın Dostluq Ordeni ilə təltif ediləndən sonra “pis kompaniyaya düşüb”.

Putin Rusiyanın Uzaq Şərqindəki Vladivostok şəhərində keçirilən iqtisadi forumda deyib: "Biz Rex Tillerson-a Dostluq ordenini bir müddət əvvəl vermişik. Amma belə görünür ki, o indi pis kompaniyaya düşüb və tamamilə fərqli istiqamətdə irəliləyir”.

Tədbirdə olanların bir çoxu bu sözləri zarafat kimi qəbul ediblər.

Putin ümid etdiyini bildirib ki, Donald Trump-ın rəhbərliyi altında Birləşmiş Ştatlarla münasibətlər yaxşılaşacaq.

Trump seçki kampaniyası boyunca Rusiya liderini dəfələrlə tərifləyib.

Buna baxmayaraq iki ölkə arasındakı münasibətlər son aylarda, Birləşmiş Ştatlar Moskva üzərinə daha sərt sanksiyalar qoyandan bəri daha da pisləşib. Bundan başqa Moskva və Vaşinqton bir-birinin diplomatlarını ölkədən xaric edib.

Putin sözü gedən ordeni o vaxt ExxonMobil şirkətinin rəhbəri olan Tillerson-a 2013-cü ildə “enerji sektorunda əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsinə” görə vermişdi.

Özünün Tillerson haqqında kinayəli qeydlərinə baxmayaraq, Putin hələ də onunla daha yaxşı münasibətlərin qurula biləcəyinə ümid edir:

"Mən ümid edirəm ki, əməkdaşlıq, dostluq və qarşılıq yelləri son nəticədə onu düzgün yola qaytaracaq”.

Bu sözlərin ardınca iştirakçıların gülüşləri eşidilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG