Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:28

Şturman onlara heç bir xəbərdarlıq edilmədiyini deyir


Su-24-ün vurulması
Su-24-ün vurulması

Türkiyənin vurduğu Su-24 təyyarəsinin şturmanı

Konstantin Murakhtin
Konstantin Murakhtin

deyir ki, türkiyəli pilotlar atəş açmazdan əvvəl hava məkanının pozulması barədə onlara xəbərdarlıq etməyiblər.

Onun sözlərinə görə tərəflər arasında heç bir radio və vizual əlaqə olmayıb və raket qəflətən quyruq tərəfdən peyda olub.

Türkiyənin F-16 təyyarələri noyabrın 24-də Rusiyanın SU-24 təyyarəsini vurublar.

Türkiyə təyyarənin ölkənin hava məkanını pozduğunu deyir.

Moskva bunu rədd edir və təyyarənin Suriya ərazisində vurulduğunu iddia edir.

Nəticədə pilotlardan biri həlak olub, ikinci pilotu isə xilas edilib.

Rusiya tərəfinin məlumatına görə ölən pilot paraşütlə yerə enərkən yerdən atəşə tutulub.

Sağ qalan şturman isə hazırda Suriyanın Latakiyə şəhərindəki hospitalda müalicə olunur.

--

"Biz Türkiyə ilə müharibə eləmək fikrində deyilik.Bizim Türkiyə xalqına münasibətimiz dəyişməyib.Bizdə indiki Türkiyə rəhbərliyinin hərəkəti ilə bağlı sual doğur".

Bunu noyabrın 25-də Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyib: "Biz vətəndaşlarımız və şirkətərimizə heç bir problem törətmək istəmirik, eyni zamanda da qarşı tərəfə. Amma baş verənlərə reaksiya verməyə bilmərik.Ona görə yox ki, biz nəyəsə mütləq cavab verməliyik, bu qətiyyən belə deyil.Sadəcə hazırda Türkiyə ərazisində bizim vətəndaşlarımıza birbaşa terror təhlükəsi törədən əlamətlər peyda olub”-deyə o vurğulayıb.

Türkiyənin xarici işlər naziri Ahmed Davutoglu da bildirib ki,Türkiyə Rusiya ilə münasibətləri gərginləşdirmək fikrində deyil və bu heç vaxt olmayacaq.

Ahmet Davutoglu
Ahmet Davutoglu

O qeyd edib ki, Rusiya Türkiyənin dostu və qonşusu, son 13 ildə ən önəmli ortağıdır.

--

Rusiyanın xarici işlər nazirliyi bəyan edib ki, Türkiyənin Suriya sərhədində Rusiya təyyarəsini vurması “planlaşdırılmış təxribatdır” və Ankaranın NATO-dakı müttəfiqləri bunu ört-bastır etməyə çalışırlar.

Bunu noyabrın 25-də Moskvada jurnalistlərlə Xarici işlər naziri Sergei Lavrov deyib.

Sergei Lavrov
Sergei Lavrov

Lavroq qeyd edib ki, NATO ilə Avropa Birliyi insidentə çox qəribə qiymət verib, heş bir təəssüf və ya başsağlığı verməyiblər.

Lavrov deyib ki, Moskva insidentin qəsdən törədilməməsinə şübhə ilə yanaşır.

O qeyd edib ki, Rusiya, Su-24 təyyarəsinin vurulması ilə bağlı məlumatlar toplayıb və onu beynəlxalq aləmlə bölüşməyə razıdır.

Lavrov bildirib ki, Moskva Türkiyəyə diplomatlar göndərmək və ya Türkiyədən yüksək səviyyəli qonaq qəbul etmək fikrində deyil.

--

Rusiya Suriyadakı hərbi bazasında müasir növ hava hücumlarından müdafiə sistemi yerləşdirməyi planlaşdırır.

Rusiya prezidentinin mətbuat katibi Dimitry Peskov noyabrın 25-də bildirib ki, müdafiə nazirliyi Himeymim bazasında S-400 zenit sistemləri qurulmasını məsləhət görüb və prezident Putin buna icazə verib.

S-400
S-400

Vladimir Putin hələ bundan əvvəl Yekatrinburqda Suriyaya S-300 raketləri göndəriləcəyini demişdi.

Moskva bu addımı noyabrın 24-də Türkiyənin Rusiyanın SU-24 təyyarəsini vurulmasından sonra atır.

Türkiyə təyyarənin ölkənin hava məkanına girdiyini deyir, Moskva isə bunu rədd edir.

Qeyd edək ki, SU-24 təyyarəsindəki pilotlardan biri həlak olub, digəri isə xilas edilib və hazırda Rusiyanın Suriyadakı hərbi bazasındadır.

Həmçinin Rusiyanın Müdafiə Nazirliyi noyabrın 24-də bəyan edib ki, S-300 zenit raketləri ilə təhciz olunmuş Moskva kreyseri Suriyanın Aralıq dənizi sahilində mövqe tutacaq.

Rusiya baş qərargahının rəsmisi Sergei Rudskoi xəbərdarlıq edib ki, bizə potensial təhlükə olan bütün hədəflər məhv ediləcək.

-

Rusiya təyyarəsini Türkiyə vurandan sonra itkin düşmüş ikinci pilot tapılıb və Suriyadakı rus hərbi bazasına aparılıb. Bunu noyabrın 25-də Rusiyanın Fransadakı səfiri Aleksandr Orlov Europe 1 radiosuna deyib.

Onun sözlərinə görə, pilot Suriya prezidenti Bashar al-Assad-a qarşı vuruşan üsyançılardan xilas ola bilib. Onu Suriya Ordusu tapıb.

Orlov pilotun kimliyi və ya səhhəti barədə məlumat verməyib.

Su-24 bombardmançı təyyarəsinin digər pilotu həlak olub.

Ankara Rusiyanın Su-24 təyyarəsinin hava məkanını pozduğunu, vurulmamışndan öncə 10 dəfə olunan xəbərdarlığa cavab vermədiyini deyir.

Moskva isə təyyarənin Suriya ərazisində olduğunu israrla bildirir.

Bu arada Rusiyanın baş naziri Dmitry Medvedev Türkiyəni İslam Dövləti (İD) təşkilatının silahlılarını qorumaqda ittiham edib. O deyib ki, “bəzi türk rəsmilərinin” İD-nin nəzarətində olan zavodlarda istehsal olunan neft məhsullarının satışında “birbaşa maliyyə marağı” var.

Medvedev bunu noyabrın 25-də Yekaterinburqda deyib. Bir gün öncə Türkiyə hava qüvvələri Türkiyə-Suriya sərhədində Rusiya təyyarəsini vurub. İnsident zamanı rusiyalı pilotlardan biri həlak olub.

Medvedev deyib ki, Rusiya bombardmançısının vurulması “İslam Dövləti terrorçu qrupunun yaraqlılarını qorumağa” bərabərdir.

Baş nazir onu da əlavə edib ki, iki ölkənin münasibətlərinə “zərbə dəyib”. O, bəzi birgə layihələrin ertələnə biləcəyi, Türkiyə şirkətlərinin Rusiya bazarında mövqeyini itirə biləcəyini deyib.

Ankara Rusiyanın Su-24 təyyarəsinin hava məkanını pozduğunu, vurulmamışdan öncə 10 dəfə olunan xəbərdarlığa cavab verilmədiyini deyir

XS
SM
MD
LG