Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:01

Putin Gürcüstanla savaş ərəfəsində SMS göndərən məhkumu əfv edib


Gürcüstan, Rusiya zirehli texnikası Cənubi Osetiyanı tərk edərkən 23 avqust 2008
Gürcüstan, Rusiya zirehli texnikası Cənubi Osetiyanı tərk edərkən 23 avqust 2008

Dövlətə xəyanətdə ittiham olunan Oksana Sevastidi ona verilən hökmün ləğvinə çalışacaq

Rusiya prezidenti Vladimir Putin-in əfv etdiyi, dövlətə xəyanətdə ittiham olunan Oksana Sevastidi ona verilən hökmün ləğvinə çalışacaq.

“Biz prezidentin əfvlə bağlı qərarını alqışlayırıq, ancaq bütün hallarda hökmə yenidən baxılması yönündə cəhdlərimizi davam etdirməyi planlaşdırırıq. Biz bəraət hökmünün çıxarılmasına nail olmağa calışacağıq”, - Oksana Sevastidi-nin vəkili Evgeni Smirnov belə deyib.

Vəkilin sözlərinə görə, Sevastidi-ni “azadlığa buraxsalar da, onun təqsirsiz oluğunu qəbul etməyiblər”. Evgeni Smirnov bildirib ki, onlar Oksana-nın tam təqsirsiz olmasında təkid edirlər.

Gələn həftə - martın 15-də Rusiya Federasiyası Ali Məhkəməsi bu işə baxacaq və vəkilin dediyinə görə, Sevastidi həmin məhkəmə iclasına qatılacaq.

Vəkil hüquqlarını qoruduğu şəxsin əfv üçün dövlət başçısı Vladimir Putin-ə müraciət etmədiyini də bildirib.

Vladimir Putin, Türkiyə prezidenti ilə görüş, Kreml, Moskva, 10 mart 2017
Vladimir Putin, Türkiyə prezidenti ilə görüş, Kreml, Moskva, 10 mart 2017

Şəxsən prezident nəzarətə götürmüşdü

Prezidentin 46 yaşlı Oksana Sevastidi-ni əfv etməsi az əvvəl məlum olub. Dövlət başçısı bu barədə martın 7-də sərəncam imzalayıb.

Düz bir il öncə - 2016-cı ilin martında onu 2008-ci ildə - Gürcüstanla savaş ərəfəsində şəhərdəki hərbi texnikaya dair SMS-lə informasiya göndərdiyinə görə mühakimə etmişdilər.

Sevastidi-nin əfvi haqqında sərəncam rəsmi hüquqi informasiya portalında yerləşdirilib. Sənəd onun dərcindən 5 gün sonra qüvvəyə minir.

Currentime.tv yazır ki, Oksana Sevastidi-nin işini ötən ilin dekabrında prezident Vladimir Putin-in şəxsən özü nəzarətə götürmüşdü.

“Mənim qənaətimcə, bu gerçəkdən yetərincə sərt yanaşmadır”, - dövlət başçısının o zaman dilə gətirdiyi sözlərdir. Bu ilin yanvarında prezidentin mətbuat katibi Dmitry Peskov bildirmişdi ki,Oksana Sevastidi-nin işi barədə Kremlin açıqlama verəcəyi gözlənilir.

2008-ci ilin yayında Gürcüstanla müharibədən az öncə Oksana Sevastidi bir tanışına hərbi texnika ilə yüklənmiş Rusiya qatarının Abxaziya istiqmaətində hərəkət etməsi haqqında SMS göndərib.

Oxşar ittihamla mühakimə olunan Ecaterina

Gürcüstanla müharibənin üstündən 6 il ötəndən sonra – 2014-cü ilin noyabrında bənzər şəkildə Soçi sakini Ecaterina Kharebava-nı da ittiham etmişdilər. O, casusluqda suçlanaraq, azadlıqdan 6 il məhrum edilmişdi. Rəsmi ittihama görə, Ecaterina Kharebava məxfi məlumatları Gürcüstanın hərbi nümayəndəsinə təqdim edib. Ancaq müdafiə tərəf təkidlə bildirir ki, qadın, sadəcə, Rusiya hərbi texnikasının yükləndiyi qatarın Abxaziya istiqamaətində hərəkət etməsi haqda tanışına SMS göndərib və bu da casusluq sayıla bilməz. Ecaterina həbs olunanadək Soçi bazarında satıcı çalışırmış.

Hüquq müdafiə təşkilatı olan “Memorial” Ecaterina Kharebava-nı siyasi məhbus kimi tanıyıb.

Svetlana Davydova
Svetlana Davydova

Yeddi uşaq anası Svetlana Davıdova isə 2014-cü ilin aprelində Ukrayna səfirliyinə zəng vuraraq yaşadığı Vyazma şəhərində yerləşən hərbi hissədəki zabit və əsgərlərin Donbasa göndərilməsi haqda məlumat verdiyinə görə dövlətə xəyanətdə təqsirli bilinirdi. Ancaq bu iki qadından fərqli olaraq, onun bəxti gətirib. Onun azadlığa buraxılması üçün bir neçə gündə 30 min adam imza toplaya billib, hüquq müdafiəçiləri onun müdafiəsinə qalxıb və bundan sonra qadın azadlığa buraxılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG