Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:08

18 yaşlı müxalifətçi özünü öldürdü


Vlad Kolesnikov
Vlad Kolesnikov

-

Rusiyada 18 yaşlı fəal və bloqqer Vlad Kolesnikov intihar edib. Bu gənc Ukrayna bayrağı və «Krımı qaytar!» yazılmış köynəkdə dərsə gədikdən sonra məşhurlaşmışdı. O, həmçinin təhsil aldığı müəssisədə antihərb şüarı səsləndirmişdi. Hadisə 2015-ci ilin iyununda baş vermişdi.

Bu insidentdən sonra Vlad Kolesnikov texnikumdan çıxarılmışdı. Onunla xüsusi xidmət orqanları maraqlanmış, polis Ukrayna bayrağı olan köynəyi haradan aldığını öyrənməyə çalışmışdı.

Putin tərəfdarı babası oğlanı atasının yanına, Samara vilayətinin Jiqulevsk şəhərinə yollamışdı.

Vlad Kolesnikov AzadlıqRadiosunun rus xidmətinə müsahibəsində demişdi: «Mən hərbi komissarlıqda bildirdim ki, əsgərliyə getmək və öz qardaşlarımla döyüşmək istəmirəm. Mənim telefonumda Ukrayna himni var. İçəri girməzdən qabaq mən Ukrayna himnini səsləndirdim, çünki mən Rusiya ordusunu dəstəkləmirəm və orda qulluq etməyi biabırçılıq sayıram».

Vlad Kolesnikov haqqında Qərb mətbuatı da yazırdı. Onun bloqu vardı və Facebook sosial şəbəkəsində müxalif qrupların üzvü idi.

«DÖYMƏYƏ SÖZ VERİBLƏR...»

O, Jiqulevskdə qohumları ilə ümumi dil tapa bilməmişdi və yaşıdlarının rəftarından bezmişdi:

«İnsanlarla münasibət dəhşətdir, döyməyə söz veriblər, mənə çirkab və qar topası atırlar, dəhlizlərdə həmişə itələyir və təhqir edirlər. Hətta biri sifətimə ilişdirib (xoşbəxtlikdən möhkəm dəyməyib). Mən polisə müraciət edə bilmərəm. Hələ yayda başa saldılar ki, mənə kömək etməyəcəklər və «özüm belə şeylərə görə əngini əzişdirərdim» dedilər…».

Noyabrda o, radionun rus xidmətinə yazıbmış ki, bu şəhərdə başına hər iş gələ bilər və buna görə ümidsizliklə hara gedəcəyini düşünür.

Vlad Kolesnikov dekabrın 23-də öldürücü dozada dərman qəbul edib. Polis bildirib ki, onu xilas etmək mümkün olmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG