Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:15

Vladimir Putin canlı yayımla vətəndaşların suallarına cavablandırdı (Video)


 Vladimir Putin
Vladimir Putin

Aparıcı sona yaxınlaşanda Putinə belə bir sual verib: “Gələcəkdə Vladimir Putinlə növbəti birbaşa xətt olacaqmı”?

O isə cavabında deyib ki, Rusiyada president seçkisi 2018-ci il martın 18-də olacaq.

Sual-cavab təxminən 4 saat çəkib.

Putin varisi barədə bir sual da oxuyub: “özünüzdən sonra kimi qoyub getmık istəyirsiz?"

O cavabında bildirib ki, birincisi hələ işləyir, ikinci isə bunu seçici, yalnız Rusiya xalqı müəyyən eləməlidir.

Suriyada qiymətsiz təcrübə qazandıq

Sual: “Rusiya ordusunun Suriyada hansı perespektivləri var?”

“Bu bizim müdafiə-sənaye kompleksimiz üçün çox faydalıdır. Müasir silahın tətbiqi onun neçə işləməsini öyrənmək imkanı yaratdı. Biz onsuz da onun yaxşı olduğunu bilirdik. Buna qiymətsiz təcrübə demək olar.Silahlı qüvvələrimiz başqa keyfiyyət qazandı.o ki, qaldı prespektivə bütün münaqişə tərəfləri arasında sülh prosesi yaratmağa çalışırıq. Və yerləşdiyimiz məntəqələrə sakitcə çıxmaq, Suriya ordusunun özünün vuruşmasına imkan yaratmaq istəyirik”.

***

Putin:"Krım olmasaydı da Rusiyanı saxlamaq üçün başqa şey fikirləşəcəkdilər"
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

Münasibətlərin pisləşməsi ABŞ-dakı daxili siyasi mübarizənin nəticəsidir.

Rusiya-ABŞ münasibətləri ilə bağlı sual: "Rusiya-ABŞ münasibətlərinin yaxşılaşması yönündə müsbət inkişaf mümkündürmü? "

"Biz ikimiz də iri nüvə ölkəsiyik. Nüvə tərksilahı sahəsində əməkdaşlıq edə bilərik. Bundan başqa hazırda dünyada ən kəskin problemlərdən biri yoxsulluq və ekoloji vəziyyətin pisləşməsidir. Biz bu sahələrdə əməkdaşlıq etməliyik.Dalaşmaq çox pis yoldur, bununla heç nəyə nail olmaq mümkün deyil, biz əməkdaşlıq etməliyik. Dünyada elə regionlar var ki, yoxsulluğun səviyyəsi çox pis vəziyyətdədir. Bu radikallıq və terrorun əsas mənbələrindən biridir. Biz İranın nüvə proqramı məsələsində danışa bildik, müsbət əməkdaşlıq oldu və deməli birlikdə işləyə bilərik. Suriya, Yaxın şərq, o cümlədən Ukraynanın şərqindəki münaqişənin həllində də əməkdaşlıq edə bilərik.

Münasibətlərin pisləşməsi ABŞ-dakı daxili siyasi mübarizənin nəticəsidir.Amma biz əməli əməkdaşlıq gözləyirik.

Sual: “Amerikalı kimi ölkəsində həddindən artıq rusofobiya görən bir adama hansı məsləhəti verərdiz?”

“Amerikanı özümüzə düşmən saymırıq. İki dünya müharibəsində müttəfiqlər olmuşuq. Rusiya imperiyasının Birləşmiş Ştatların müstəqillik qazanmasında böyük rolu olub. O ki, qaldə ABŞ-da rusofobiyanın artmasına, bunu görürük. Məsləhət vermək haqqım yoxdur. Bilirəm ki, ABŞ-da çoxlu dostlarımız var.

***

Arktika Rusiyanın gələcəyini təmin edəcək

Putin deyib ki, Arktika Rusiyanın gələcəyini təmin edəcək vacib bir regiondur.

“2050-ci ildə Arktikada təxminən 30 faiz karbohidrogenlər çıxarılacaq. “Novatek” orda şəhər,aerodrom və liman tikib. Əgər qlobal istiləşmə ənənəsi davam eləsə şimal dəniz yolundan indikindən daha çox istifadə ediləcək. Biz öz prioritetimizi təmin etməliyik.

Kiyevdən Putinə zəng

Kiyevdən zəng: “Ukraynada yaşayıram,nəyə görə bizi atdınız? Burdakıların heç də hamısı Bender və Şuxeviçin pərəstişkarları deyillər.

“Biz bunu görür və çox dəyərləndiririk. Amma açıq-aşkar şəkildə müdaxilə eləmirik, qorxuruq ki, hansısa ziyan vurarıq.Bizim Ukraynada çoxlu dostlarımız var. Mən Medvedçukla o, prezident Kuçma aparatının rəhbəri işləyəndə tanış olmuşam.Onun öz şəxsi baxışları var, mən onu Ukrayna millətçisi hesab edirəm.Onun atası OUN-un aktiv xadimi olub,mühakimə edilib və Krasnoyarsk diyarına göndərilib. Medvedçukun baxışları da millətçilik ruhunda formalaşıb. Onların hamısı -bunu qeyd etmək istəyirəm-hesab edirlər ki, Ukrayna müstəqil olmalı, amma federativ dövlət olmalıdır. Viktor Medvedçuk bu nöqtei-nəzərdən yanaşır.Bu Ukraynada kimlərinsə xoşuna gəlməyə bilər, amma onun mövqei belədir. Amma o, eyni zamanda Rusiya ilə çox yaxşı münasibətlərin tərəfdarıdır" , Putin deyib.

***

Suallardan biri də Putinin övladları və nəvələri barədə olub.

Putin deyib ki, onların normal həyat yaşamalarını istəyir: "Şaiyələrə baxmayaraq Qızlarım Rusiyada yaşayır, elmlə məşğuldirlar, siyasətə qarşımırlar. Nəvələrimin də oxumalarını, normal yaşamalarını istəyirəm. Bu yaxınlarda ikinci nəvəm doğulub".

***

Zabaykaldan sual: “Kəndimiz yanıb, bizə yararsız ev veriblər, baxımsız köhnə evdə yaşayırıq.

-Bu hansı regiondur? Zabaykal diyarı? Qəribədir.

“Biz insanları evlə təmin eləmək üçün tam pul vermişik. Yarım milyarddan bir qədər çox. Orda yeni qubernator var, düzdür o növbəti il təyin edilib.Ona tapşıracam ki, bununla məşğul olsun. Prokurorluğa tapşıracam ki, pulları axtarsın, onu necə xərcləyiblər", Putin deyib.

Sanksiyalar başımızı işlətməyə məcbur elədi.

ABŞ-da Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsi peyda olub,nəyə görə? Bu bizim bütün tariximiz boyu davam edib.

Əgər Krım və ya başqa problem olmasaydı başqa səbəblər tapacaqdılar. Bəli, sanksiyalar bizə təsir edib, amma köklü şəkildə yox. Sanksiyalar hamıya, bütün tərəflərə pis təsir edir. Amma bu sanksiyalar bizi başımızı işlətməyə məcbur elədi. Rusiya hazırda dünyada taxıl ixracında liderdir. Amma əlbəttə bu gün sanksiyalar normal deyil. Məqsəd həmişə Rusiyanın qarşısını almaq olub.

Vladimir Putin
Vladimir Putin

***

Rusiya prezidenti Vladimir Putin sənaye istehsalı da daxil olmaqla ümumilikdə ölkədə iqtisadi artım olduğunu deyib.

O, bu il ölkədə infilyasiyanın 4,1 faiz olduğunu və bunun Rusiyanın tarixində rekord olduğunu deyir.

Prezident həmçinin ölkədə uşaq və ana ölümünün əhəmiyyətli dərəcədə azaldığını və bunun əsas nailiyyət olduğunu bildirib. Putin uşaq ölümünün 3, ana ölümünün isə 4 dəfə azaldığını deyir.

Amma prezident əhalinin real gəlirinin azalması ilə razılaşıb və bunun ən vacib problemlərdən olduğunu bildirib.

O ötən ilin İyul-avqus aylarından orta əməkhaqqının artmağa başladığını və artıq bu ilin aprelində ümumilikdə 2,3 faiz artım olduğunu deyib.

Putinə əsas suallardan biri maaşların azlığı ilə bağlı olub. İrkutskdan Alyona adlı müəllim sual verərkən 16 min rubldan çox maaş almadığını deyib.

Putinsə cavabında deyib ki, bizdə müəllimlərin orta maaşı hardasa təxminən 30 min rubl olmalıdır və bunun təcrübədə nəyə görə belə olmasına inanmır.

O bu məsələ ilə məşğul olacağını deyib.

Putin sual-cavaba gedir
Putin sual-cavaba gedir

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG