Yaponiyanın baş naziri Shinzo Abe aprelin 27-də Rusiyaya səfər edəcək və prezident Vladimir Putinlə görüşəcək.
Kremlin aprelin 25-də yaydığı məlumatda deyilir ki, Abe və Putin ötən ilin dekabrında qəbul olunan amma amma konkretləşdirilməyən razılaşmanı müzakirə edəcəklər.
Bu Putinin 11 ildə Yaponiyaya ilk səfəri idi. İki ölkə prezidentlərinin II Dünya müharibəsindən bəri münaqişəli ərazilərlə bağlı danışıqları uğursuz olmuşdu.
Müharibənin son günlərində Sovetlər Birliyi Yaponiyanın şimalındakı adaları tutmuşdu.
Kremlinin açıqlamasında deyilir ki, səfər zamanı özəlliklə, "siyasi, ticari və humanitar" sahələrdə prespektivlər, regional və beynəlxalq əməkdaşlıq haqda danışılacaq.