Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 11:27

Rusiyalıların əksəriyyəti prezident Vladimir Putin-in 2018-ci il seçkisindən sonra da Rusiyaya rəhbərlik etməsindən məmnun olardı və onun Qərbə qarşı aqressiv siyasətini dəstəkləyir. Rusiya vətəndaşlarının 1/3-i prezidentlərinin antiqərb olduğunu düşünmür. Bunu üzə çıxarmış yeni sorğu barədə «Newsweek» dərgisi yazır.

34 FAİZ: NARAZILARA TƏZYİQLƏR ARTIRILSIN

2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra Rusiyanın Qərblə münasibəti pisləşib. Hazırda ölkə iqtisadi geriləmədən sonra dirçəliş əlaməti sərgiləyir. Ancaq görünür, iqtisadi çətinliklərə, siyasi gərginliklərə və müxalifət qruplarına təzyiqlərin artmasına baxmayaraq, rusiyalılar bu status-kvodan əsasən razıdırlar.

Sorğunu Rusiyanın müstəqil «Levada» mərkəzi keçirib. Rəyi soruşulanların 66 faizi deyib ki, Putin-in gələn ilki prezident seçkisindən sonra da idarəçiliyi davam etdirməsini istəyir. 34 faiz siyasi narazılara təzyiqlərin gücləndirilməsini istəyirlər.

«Newsweek» yazır ki, bu sonuclar 2013-cü ildəkindən xeyli fərqlənir. Onda rusiyalıların əksəriyyəti Putin-dən fərqli namizədin hakimiyyətə gəlməsini istəyirdi.

Putinin 'Yeniyetmələr ordusu'
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

Rusiyalıların cəmi 12 faizi növbəti prezidentdən daxili məsələlərə daha liberal yanaşma gözləyir. 13 faiz istəyir ki, Putin, yaxud Rusiyanı 2018-ci ildə idarə etməyə başlayacaq istənilən şəxs Qərblə qarşıdurmanı azaltsın.

19 FAİZ QARŞIDURMA TƏRƏFDARIDIR

Rəyi soruşulanların çoxu indiki gərginliyin qalmasını istəyir, 19 faiz isə düşünür ki, Kreml Qərblə qarşıdurmanı gücləndirməlidir, ancaq necəliyini açıqlamayıb.

Keçmiş maliyyə naziri Aleksei Kudrin-in tədqiqat mərkəzi ötən həftə Putin-dən ötrü liberal proqram açıqlayıb. Onun növbəti prezidentlik müddətində Qərblə münasibətləri yaxşılaşdırmaq yolunu seçəcəyinə ümid bəsləyənlər var. Ancaq Moskva Karneqi Mərkəzində Rusiya üzrə siyasi ekspert Andrei Kolesnikov «Vedomosti» qəzetinə deyib ki, siyasətdə dəyişiklik gözlənən deyil.

«İllər boyu kollektivçilik ruhu dəyişməyib, aşırı sərtlik tələb olunub ki, bu da 2014-cü ilin martından bəri güclənib», – o, Krımın anneksiyasına eyham vurub.

Kolesnikov-un fikrincə, Krımla birlikdə Rusiya cəmiyyətində «müdafiə siyasəti»nə gizli tələb yaranıb və hazırda Kreml dünyadan təcrid səviyyəsindədir. Bu baxımdan, aqressiv xarici siyasət Putin-in populyarlığını saxlamağın yeganə yoludur.

Günün bütün mövzuları

XS
SM
MD
LG