Keçid linkləri

2025, 11 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 07:43

Putin seçkidən əvvəl Milli Qvardiyanı gücləndirir


Rusiya prezidenti Vladimir Putin Milli Qvardiyanın bayrağını Viktor Zotova təqdim edir
Rusiya prezidenti Vladimir Putin Milli Qvardiyanın bayrağını Viktor Zotova təqdim edir

Rusiya prezidenti Vladimir Putin Milli Qvardiyanın səlahiyyətlərini genişləndirən qanunvericik təklifi ilə çıxış edib.

Funksiyasına həm də regional qubernatorların mühafizəsi daxil olan Milli Qvardiya ötən il yaradılıb və bu quruma Putinin mühafizə idarəsinin keçmiş rəisi başçılıq edir.

Qanun layihəsi noyabrın 6-da Dövlət Dumasının rəsmi internet saytında dərc edilib.

Dumada hakim Vahid Rusiya partiyasının üzvləri çoxluq təşkil edirlər və buna görə burada Kremlin demək olar bütün təşəbbüsləri dəstəklənir.

Təklif olunan qanun dəyişikliyi Putinin opponentlərinə qarşı güc tətbiuq etmək səlahiyyətlərini genişləndirəcək. Təhlilçilər bildirirlər ki, Milli Qvardiyadan həm də Rusiyanın ucqarlarında yarana biləcək sabitsiziliyin yatırılmasında istifadə ediləcək.

Milli Qvardiya birbaşa prezident Vladimir Putinin tabeçiliyindədir. Qvardiyanın başçısı Viktor Zotov 2000-2013-cü illərdə prezident təhlükəsizlik xidmətinin rəhbəri olub.

Qanunvericilik təşəbbüsü 18 Mart prezident seçkisinə bir neçə ay qalmış qaldırılıb. Bu seçkidə Putinin növbəti altı illik müddətə prezidentlik üçün iştirak edəcəyi gözlənilir.

Putin 2024-cü ildə təkrar seçilə bilməz və qarşıdan gələn illərdə onun hakimiyyəti necə saxlayacağı bir çox suallar doğurur.

Putin Milli Qvardiyanı 2016-cı ildə daxili qoşunların və başqa təhlükəsizlik xidmətlərinin bazasında yaradıb.

Bu strukturun funksiyasına “ictimai asayişin” qorunması, terrorçuluqla mübarizə və dövlət obyektlərinin mühafizəsi daxildir.

Milli Qvardiya habelə elan edib ki, barmaq izləri məlumatlarının bazası, silah lisenziyaları, “dövlət strukturlarının qorunması” və informasiya təhlükəsizliyi sahələri də onun sərəncamına veriləcək.

XS
SM
MD
LG