Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:34

Putin ABŞ-ı və Qərbi hədələyir


Putin Valday klubunda çıxış edib
Putin Valday klubunda çıxış edib

Prezident Vladimir Putin oktyabrın 19-da Soçidəki Valday diskussiya klubunda rusiyalı və xarici ekspertlərin qarşısında çıxış edərkən ABŞ-ı və Qərbi yeni silahlanma yarışı ilə hədələyib.

AzadlıqRadiosunun müxbiri yazır ki, Putin 30 dəqiqəlik çıxışı və bundan sonra 3 saatlıq sual-cavab sessiyası ərzində bir mühüm suala cavab verməyib – martda keçiriləcək prezident seçkisinə qatılacaqmı? Bir çox ekspertlər Putinin bu seçkidə 4-cü müddət prezidentlik üçün iştirak edəcəyinə inanırlar.

Putin üç saat ərzində prezident seçkisində iştirak edəcəyi barədə heç nə deməyib
Putin üç saat ərzində prezident seçkisində iştirak edəcəyi barədə heç nə deməyib

Putin deyib ki, əgər Birləşmiş Ştatlar Soyuq Müharibə dövrünə aid Ortamənzilli Nüvə Raketlərinin Ləğvinə dair Müqavilədən çıxarsa, Moskva buna “dərhal və simmetrik” cavab verəcək.

Vaşinqton Moskvanı bu müqaviləni pozmaqda ilk dəfə 2014-cü ildə ittiham edib. Moskva bu ittihamları rədd edib və əks-ittihamlar irəli sürüb.

ABŞ rəsmiləri Rusiya tərəfindən yol verilmiş müqavilə pozuntularına cavab olaraq, hətta yeni yer tipli ballistik raketlərin yaradılmasına çağırıblar.

Putin 1987-ci ildə imzalanmış bu müqaviləni tənqid edərək bildirib ki, müqavilə ABŞ-a daha sərfəlidir, çünki dəniz və hava bazalı raketlərin deyil, məhz yerdən atıla bilən raketlərin qadağanını nəzərdə tutur.

Putin qorxmur

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən və Ukraynanın şərqində separatçı münaqişəyə dəstək verəndən bəri Birləşmiş Ştatlar və NATO Baltik regionuna kiçik, lakin ağır zirehli texnikası olan hərbi birliklər yeridib.

ABŞ Silahlı Qüvvələri bundan başqa regionda tanklar və artilleriya qurğuları kimi ağır silahları da yerləşdirib.

Putin deyib ki, bütün bu canlı qüvvə və texnika yeridilməsi faktları onu narahat etmir.

O deyib ki, “qoy orada qalıb məşq etsinlər”.

Putin vəziyyətin nəzarət altında olduğunu bəyan edib.

Rusiya prezidenti habelə Birləşmiş Ştatları kimyəvi silah və bəzi nüvə silahlarında işlədilən plutonium ehtiyatı anbarlarının ləğvi məsələsini uzatmaqda ittiham edib.

"Rusları Allah saxlasın..."

Vladimir Putin Vaşinqtonu həm də kommersiya mənfəəti üçün siyasətdən sui-istifadədə günahlandırıb. O deyib ki, Konqresin Rusiya üzərinə qoyduğu yeni sanksiyalar Moskvanı Avropanın neft-qaz bazarından çıxarmaq məqsədi güdür. Putin deyib ki, ABŞ Şərqi Avropaya özünün maye qazını “sırımağa” çalışır.

Nikki Haley
Nikki Haley

Bu arada, oktyabrın 19-da ABŞ-ın BMT-dəki səfiri Nikki Haley Rusiyanı tənqid edib: “Rusların Allah köməyi olsun, onlar deyirlər ki, “amerikalılar niyə antirusdurlar və niyə bizim üzərimizə sanksiyalar qoyurlar?” Yaxşı da, bizim seçkimizə müdaxilə etməyin və biz də antirus olmayaq”.

Xanım Haley deyib ki, bir ölkə başqa ölkənin seçkisinə müdaxilə edirsə, bu, müharibə aktıdır.

“Bu onların yeni silahıdır və biz bunun qarşısını almalıyıq” – deyib səfir Haley.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG