Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:00

Prezident sözçüsünün qızı


Elizaveta Peskova Çeçenistanda məsciddə
Elizaveta Peskova Çeçenistanda məsciddə

Rusiyanın anneksiya etdiyi Krımda gəmiqayırmanın qiymətləndirilməsi hara, Parisdə univesitetdə mareketinqi oxuyan 19 yaşlı qız hara?

Rusiyalı qızın bu seçimi qəribə görünə bilər. Ancaq o, məmur qızıdır. Rusiyada elitanın uşaqları da dövlətin “yağlı” yerlərinə yerləşdirilir.

Rusiya prezidenti Putinin sözçüsü Dmitry Peskovun qızı 19 yaşlı Elizaveta Peskovanın bu həftə Sevastopolda gəmi tərsanəsində peyda olması Rusiya hakimiyyətindəki qohumbazlığa növbəti misal oldu.

Peskovanın avqustun 1-i -2-si Rusiya nümayəndə heyətinin tərkibində Sevastopol tərsanəsinə getməsi və orda “gəmiqayırmaya piar lazımdır”, “gəmi düzəltməkdə utanmalı heç nə yoxdur” – kimi bəyanatlar verməsi sosial mediada rişxənd doğurdu.

UŞAQLARINI XARİCDƏ OXUDANLAR

Cənubi Sevastopol tərsanəsi yerli şəhər hakimiyyəti ilə torpaq mübahisəsinə görə hazırda bağlıdır. Bura səfər Peskovanı yenidən Rusiya siyasi həyatının gündəliyinə gətirdi.

Rusiyada müxalifətçilər, o cümlədən bloqqer Aleksey Navalny Rusiya hakimiyyətinin nümayəndələrini daxildə anti-qərb əhvalı yaratmaqda, öz uşaqlarını isə oxumağa Qərbə göndərməkdə ittiham edirlər. Məmur uşaqları nəinki istirahətə, gəzməyə xaricə gedir, onlar həm də xaricdə təhsil alır, sonra isə elə xaricdə də işləyirlər.

Putin administrasiyasının tənqidçiləri həmçinin deyirlər ki, elitanın üzvləri pullu dövlət vəzifələrini və dövlətə yaxın şirkətlərdə rəhbər vəzifələri öz qohumlarına , uşaqlarına verirlər.

KADYROVLA RƏQS

Putinin sözçüsü Peskovun birinci nikahdan olan qızı Elizaveta atasına qarşı korrupsiya ittihamlarında həmişə atasını müdafiə edib.

Ancaq son vaxtlar onun siyasi həyata dərindən baş vurması və bunu sosial mediada işıqlandırması yeni tənqid dalğası doğurub. Son bir neçə aydaPeskova əvvəlcə Dumada gənc bloqqerlərin toplantısına qatıldı, sonra Çeçenistana yollandı, orda Çeçenistan prezidenti Ramzan Kadyrovla görüşdü və hətta rəqs elədi.

İyul ayında Peskova Avanti lobbi qrupuna qoşulduğunu elan elədi. Bu qrupu rusiyalı iş adamı və keçmiş deputat Umar Dzhabrailov yaradıb. O bildirir ki, məqsədi “vətənpərvər biznes”in təbliğidir.

Avanti-də Peskova gənclər məsələsi üzrə müşavirdir. O, Sevastopola daAvanti-nin üzvü kimi gəlib. Bunun xəbəri sosial medaida yayılan kimi dərhal istehza dolu şərhlər yazıldı. Twitterdə biri yazırdı: : “Liza Peskova Suriyaya uçacaq, İslam Dövləti təşkilatı ilə məsələni həll edəcək. Bundan sonra o, Şimali-Koreya-ABŞ problemlərini nizamalayacq".

Peskovanın Sevastopol tərsanəsində dedikləri də gülüşlə qarşılanır. Peskova Sevastopolda deyib: “Mən elə bir adam tanımıram ki, burda gəmi düzəldənlərin olmasından xəbəri olsun”. O , Sevastopolda həmçinin deyib ki, “Gəmiqayırma üçün biz piar strategiyası qurmalıyıq”.

Kadyrovun qızının dizayneri olduğu kolleksiyadan paltar geyinmiş Peskova daha sonra deyib ki,gənclər tərsanəyə, gəmiqayırma işinə gəlməlidir, “bu prestijli işdir, burda utanmalı heç nə yoxdur”.

FEODAL KADR SİYASƏTİNİN YENİ ULDUZU

Peskovun gizli var-dövləti haqdabir neçə araşdırma aparmış Navalny öz vebsaytında istehza ilə yazıb ki, “Peskova artıq nazir postunu və ya dövlət şirkətinin rəhbəri vəzifəsinitutmağa hazırdır”

Navalny daha sonra yazır: “hökumətin feodal kadr siyasətində yeni ulduz peyda oldu”.

Avqustun 3-də Dmitry Peskovun ofisindən Azadlıq radiosuna deyiblər ki, Peskov bu yazılanlaraindi şərh vermir.

Bundan əvvəl Peskov qızının Fransada təhsil almasına görə həm müxalifətdən, həm də Putin tərəfdarlarındantənqidlərlə üzləşmişdi.

Moskvadakı Karnegi Mərkəzinimn təhlilçisi Tatyana Stanovaya Azadlıq Radiosuna deyir ki, Rusiya ilə Qərb arasında gərginlik artdıqca Rusiya rəsmilərinin xaricdə təhsil alan uşaqlarına təzyiqlər artacaq ki, geri qayıtsınlar. “Onlar Qərb ölkələrində rahat qala bilməyəcəklər. OnlaraQərbdə sual verəcəklər ki, Rusiyada dedikləri kimi Avropa belə pisdirsə, burda niyə qalırsız? Rusiyada isə deyəcəklər ki, niyə Rusiyaya qayıdıb, vətəni qorumursunuz?”

Buna da bax: Leyla Əliyevanın Azərbaycanda neçə investisiya şirkəti var?

MƏMUR QIZI

Ancaq Peskovanın Sevastopol tərsanəsinə səfərində başqa səbəblər görənlər də var. Rusiyanın tanınmış jurnalisti Oleg Kashin deyir ki, yerli hökumətlə konflikti olan tərsanə rəhbərliyi Peskovanı gətirməklə Kremldə dayaqları olduğunu göstərmək istəyir.

Kashin Republic.ru saytında yazır: “Sevastopol hakimiyyəti torpağı tərsanənin əlindən alır. Bu vəziyyətdə federal hökumətdən hətta ən gülməli yardım belə, arzuolunandır”.

Kashin Yelizaveta Peskova haqda isə yazır ki, o, hətta Parisdə yaşamaq istəsə və Rusiyanı idarə edən gicbəsərliyə gülsə belə,Rusiya rəsmisinin qızı statusundan yaxasını qurtara bilməz.

Kashin yazır: “Siz məmur qızısınız. Əgər siz hakimiyyət pilləkanında yer tutmaq istəməsiniz və ya valideynləriniz bunu istəməsə,yenə qıraqda qala bilməyəcəksiniz.Hakimiyyət özü gəlib, sizi özünə qatacaq”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG