Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 06:59

Putinin qızının boşandığı xəbər verilir


Putinin qızı olduğu deyilən Katerina Tixonova (solda) və onun əri Kirill Şamalov

Bloomberg saytında dərc olunmuş məqalədə anonim mənbəyə istinadən Rusiya prezidenti Vladimir Putinin qızının əri Kirill Şamalovdan boşandığı xəbər verilir.

Bloomberg yanvarın 25-də yazıb ki, Şamalov yenə də Putinin qızına evlənməzdən əvvəl işlədiyi köhnə postuna – Sibur neft-kimya nəhənginin rəhbərliyinə qayıdıb. O bundan əvvəl Putinin qızı Katerina Tixonova ilə evlənərkən əldə etdiyi səhm payını satıb.

Bu səhm alqı-satqısının təfərrüatları barədə heç bir məlumat verilməsə də, sövdələşmə ilə tanış adamlardan biri deyib ki, Şamalov satdığı səhm payına görə “bir qəpik də” almayıb, çünki o bu paya yalnız Putin ailəsinin üzvü kimi sahib ola bilərdi.

Bu sahiblik Şamalovun Katerina ilə evliliyi ilə eyni vaxtda başa çatıb.

Putin ailəsi ilə istirahətdə
Putin ailəsi ilə istirahətdə

Bloomberg yazır ki, Şamalovun yaxın adamlarından biri Sibur şirkətindəki alqı-satqı ilə onun evliliyi arasında heç bir əlaqənin olmadığını deyib.

Şamalovun özü bu xəbərlərlə bağlı şərh verməkdən imtina edir.

Kreml Putin ailəsinin şəxsi həyatına aid məlumatları sərt şəkildə mühafizə edir.

Bloomberg yazır ki, onun Kremldəki mənbələri hətta mətbuatda yayılmamaq şərtilə də 31 yaşlı Tixonovanın boşanıb-boşanmadığı və ya ümumiyyətlə nə vaxt ərə getdiyi barədə məlumat vermək istəmirlər.

Bloomberg yazır ki, yalnız 2015-ci ildə Putin ailəsi haqqında bir qədər geniş məlumat vermiş və iki qızının olduğunu demişdi. O bildirmişdi ki, qızları universitet bitiriblər və bir neçə xarici dil bilirlər, uğurlu mütəxəssisdirlər.

Elə həmin ilin əvvəllərində Rusiyanın RBK agentliyi Tixonova və Şamalovun Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etdiklərini xəbər vermişdi.

Tixonovanın 2013-cü ildə bir rəqs yarışında iştirakını göstərən video mövcuddur. Bu videoya indiyədək 1 milyon 300 min dəfədən çox baxılıb.

Bəzi məlumatlara görə Katerina Tixonova Moskva Dövlət Universitetində layihələrə rəhbərlik edir. Bu layihə fondunun sponsorları arasında Gazprom, Sibur və dövlətə bağlı bir neçə başqa şirkət də var.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG