Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Sentyabr, bazar, Bakı vaxtı 10:09

Erdoğan və Putin Türkiyənin ilk nüvə stansiyasının tikintisinə start verdilər


Türkiyə prezidenti Recep Tayyip Erdoğan və Rusiya prezidenti Vladimir Putin Türkiyənin ilk nüvə elektrik stansiyasının tikintisinə rəsmi start veriblər. 20 milyard dollar dəyəri olan bu layihə üzrə stansiya Aralıq dənizi sahilindəki Mersində tikilir.

Erdoğan və Ankaraya aprelin 3-də gəlmiş Putin bu münasibətlə Ankaradakı prezident sarayından videoxətlə yayınlanan mərasimdə iştirak ediblər.

TRT artıq tikintiyə başlamış fəhlələri və 3 aprel mərasimi münasibətilə atəşfəşanlığı göstərən kadrları yayınlayıb.

Erdogan Putini belə qarşıladı
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

Bu qurğunun tikintisi ilə bağlı yolların və başqa kommunikasiyaların çəkilişinə bir neçə il əvvəl başlanıb.

Ankara Akkuyu nüvə elektrik stansiyasının 4 generatorundan birincisinin tikintisini Rusiyanın dövlət nüvə enerjisi konqlomeratı Rosatoma həvəla edib.

Türkiyə bu nüvə stansiyasının 2023-cü ilədək istismara verilməsini planlaşdırıb.

Putinin Türkiyəyə səfəri onun təkrar prezident seçilməsindən sonra ilk xarici səfəri olub.

Müxbirlər xəbər verirlər ki, 3 aprel görüşündə iki prezident habelə Rusiyadan S-400 raket sistemlərinin alınmasını, Suriya münaqişəsindəki vəziyyəti müzakirə ediblər.

Xəbər verilir ki, aprelin 4-də Rusiya və Türkiyə liderləinin görüşünə İran prezidenti Həsən Ruhani də qatılacaq.

İki ölkə həmçinin Rusiya qazını Türkiyəyə nəql edəcək 12 milyard dollarlıq TürkAxını layihəsi üzrə mütərək kəmərin tikintisini aparır.

XS
SM
MD
LG