Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:21

Putinin dövlət səviyyəsində dopinq sxemindən xəbəri olubmu?


Qriqori Rodçenkov
Qriqori Rodçenkov

Rusiya idmançılarına dopinq verildiyi barədə sirləri faş edən Qriqori Rodçenkov Almaniya televiziyasının sənədli reportajında bildirib ki, Putin dövlət səviyyəsində təşkil edilmiş dopinqləmə sxemindən xəbərsiz ola bilməzdi.

Rusiya antidopinq laboratoriyasının keçmiş direktoru yanvarın 29-da ARD kanalında efirə verilmiş proqramda deyib ki, “bu sxemin bir ucu lap yuxarıdan, prezidentdən gəlirdi”.

O deyib ki, Federal Təhlükəsizlik Xidmətinə belə bir spesifik tapşırığı yalnız prezident verə bilərdi.

Rodçenkov bundan başqa deyib ki, dövlət tərəfindən həyata keçirilən dopinq proqramı artıq 2008-ci il Pekin və 2012-ci il London olimpiadaları zamanı mövcud olub.

Rodçenkov 2016-cı ildə Birləşmiş Ştatlara qaçandan bəri orada dövlət şahidi qismində mühafizə olunur.

O 2016-cı ilin mayıbndaThe New York Times qəzetinıə müsahibəsində demişdi ki, Soçi Olimpiadası vaxtı yaxşı işlənmiş dopinq sxemində onlarca Rusiya idmançısı iştirak edib.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2016-cı ilin avqustunda dövlət tərəfindən təşkil edilmiş dopinq sxeminə görə Rusiyanın Olimpiadada iştirakını qadağan edib.

Bu barədə hesabatı Dünya Antidopinq Agentliyinin adından Richard McLaren hazırlamışdı.

McLaren öz hesabatında Rodçenkovun bir çox iddialarını təsdiqləmiş,BOK-un idarə heyəti isə onu “etibarlı şahid” kimi tanıdığını bəyan etmişdi.

Rusiya prokurorluğu isə Rodçenkovu dopinq qalmaqalının başlıca baiskarı hesab edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG