Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:08

Putin Rusiyada demoqrafik vəziyyətin pisləşdiyini deyib


Putin noyabrın 28-də İlin Ailəsi milli müsabiqəsinin qalibləri ilə görüşdə olub
Putin noyabrın 28-də İlin Ailəsi milli müsabiqəsinin qalibləri ilə görüşdə olub

Rusiya prezidenti Vladimir Putin noyabrın 28-də ölkədə doğum reytinin artırılmasına xidmət etməli olan bir sıra islahatların həyata keçiriləcəyini bəyan edib.

Ötən illərdəki azacıq yaxşılaşmadan sonra Rusiya əhalisinin artımı yenə də azalmaqda davam edir.

Moskvada 2012-2017 Milli Uşaq Strategiyasının icrasına həsr edilmiş prezident şurasında çıxış edən Putin deyib ki, “bu gün Rusiyanın demoqrafik vəziyyəti pisləşməkdədir”.

O bildirib ki, bu meyl öncədən proqnozlaşdırılmışdı və bundan əvvəlki demoqrafik tənəzzülün nəticələri ilə bağlıdır.

Prezident bildirib ki, 1990-cı illərin sosial sferada yaratdığı əhali tənəzzülü “təxminən İkinci Dünya Müharibəsinin əhali sayına təsiri qədər olub”.

Prezident deyib ki, hökumət özünün demoqrafik inkişaf siyasətinə yenidən baxacaq və əsas diqqət aşağı gəlirli ailələrə yönəldiləcək.

Vladimir Putin ölkədə demoqrafik vəziyyətin yaxşılaşdırılmasını özünün üç prezidentlik müddətinin prioriteti elan etmişdi.

Noyabrın 28-də etdiyi çıxışda Putin dünyaya ilk uşaqlarını gətirmiş ailələrə yanvarın 1-dən yeni müavinətlərin ödənəcəyini elan edib.

Rusiya lideri deyib ki, hökumət bu sxemin icrası üçün 2, 4 milyard dollar vəsait ayıracaq. Onun sözlərinə görə, bu, hər bir Rusiya qadınına doğuşdan sonrakı 18 ayda hər ay 180 dollar müavinət verilməsinə imkan yaradacaq.

Hazırda 146, 9 milyon nəfər əhalisi olan Rusiyada əhali 1991-ci ildə Sovet İttifaqı dağılandan bəri 5 milyon nəfər azalıb.

SSRİ-nin dağılmasından dərhal sonra Rusiya dərin demoqrafik böhrana yuvarlanıb, yaşayış standartları düşüb, doğum reyti kəskin azalıb.

Bundan sonrakı dövrdə demoqrafik vəziyyət bir qədər yaxşılaşsa da, indi Rusiyanın əhali artımı azalmaqda davam edir.

Rusiyanın dövlət statistika qurumunun rəqəmləri vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu göstərir. Məsələn 2016-cı ilin yanvarı ilə 2017-ci ilin oktyabrı arasında ölənlərin sayı 106 min 200 nəfər olub. Həmin dövrdə əhali cəmi 18 min 200 nəfər artıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG