Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 21:46

Putin ABŞ-a səfir təyin etdi


Anatoly Antonov Rusiyanın ABŞ-dakı yeni səfiri

Rusiya Prezidenti Vladimir Putin veteran siyasətçi Anatoly Antonovu Rusiyanın ABŞ-dakı səfiri təyin edib. Antonov Rusiyanın Xarici və Müdafiə - hər iki nazirliklə əməkdaşlıq edib.

Bu haqda avqustun 21-də Kremlin saytında məlumat yayılıb,
62 yaşlı Antonov Rusiyanın xarici siyasətində ictimai vəkillik edib, onun həm də silah nəzarətində də məsləhətçi olduğu görünür.

Uzun müddət xarici işlər nazirlinin əməkdaşı olan Antonov, 6 il Müdafiə Nazirliyində çalışandan sonra, 2016-cı ildən yenidən xarici işlər nazirliyinə qayıdıb, bu dəfə xarici işlər nazirinin müavini kimi.

Antonov 2008-ci ildən Rusiyanın Washingtondakı səfiri Sergei Kislyak-ı əvəzləyəcək.

S.Kislyak-ın adı ABŞ-da seçkilərə müdaxilədə hallanırdı. O, keçmiş təhlükəsizlik müşaviri M.Flynn-lə 2013-cü ildən tanış olduğunu, seçki kampaniyası zamanı əlaqə saxladıqlarını etiraf edib. «Bütün diplomatlar belə edirlər», – səfir «The Washington Post» qəzetinə müsahibəsində deyib. Amma M.Flynn-lə hansı məsələləri müzakirə etdiklərini açıqlamaq istəməyib.

AP agentliyi və «USA Today» qəzeti isə D.Trump-ın seçki kampaniyası zamanı xarici siyasət məsələləri üzrə müşavir olmuş Carter Page-in, həmçinin milli təhlükəsizlik məsələləri üzrə direktor J.D.Gordon-un da «Heritage» fondunda Rusiya səfiri ilə görüşdüyünü yazır. J.Sessions-un səfirlə görüşlərindən biri həmin tədbir çərçivəsində olub.

ABŞ kəşfiyyatı bu ilin yanvarında bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin ABŞ seçki sistemini və prezidentliyə Demokrat Partiyasından olan namizəd Hillary Clinton-u gözdən salmaq üçün, eləcə də respublikaçı Donald Trump-ın prezident seçilməsinə dəstək vermək üçün kəşfiyyat orqanlarına şəxsən göstəriş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG