Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 11:09

Azərbaycanda hər 100 anadan 21-i bunu edib


Yeni doğulan körpə.
Yeni doğulan körpə.

-

Azərbaycanda son 14 ildə qeysəriyyə kəsiyi əməliyyatı ilə edilən doğuşların sayı 10 dəfə artıb.

Dövlət Statistika Komitəsi 2000-ci ildə Azərbaycanda 3000, 2014-cü ildə 30561 qeysəriyyə kəsiyi əməliyyatı aparıldığını bildirib.

İllər üzrə artanqeysəriyyə kəsiyi əməliyyatlarının göstəricisi 2013-cü ildə 2012-ci illə (30800) müqayisədə nisbətən azalaraq 28900-ə ensə də, 2014-cü ildə yenidən artaraq 30500-ə yüksəlib.

2014-cü ildə həyata keçirilən qeysəriyyə kəsiyi əməliyyatları bütün doğuşların 21 faizini təşkil edib. Ümumilikdə, ötən il 145600-ə qədər doğuş olub. Ötən il hər 100 doğuşun 21-i qeysəriyyə kəsiyi əməliyyatı ilə aparılıb.

Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, qanunvericiliyə dəyişiklikdən sonra dövlət tibb müəssisələrində qeysəriyyə kəsiyi əməliyyatı ilə bağlı qanunvericiliyin tələblərinə ciddi əməl olunur, əməliyyat üçün tibbi göstərişlər protokola uyğun aparılır. Buna görə də dövlət tibb müəssisələrində əsaslı tibbi göstəriş olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılması halları çox azdır. Lakin özəl klinikalarda doğuşların əməliyyatla başa çatma tezliyi dövlət klinkalarından yüksəkdir.

2013-cü ildə «Əhalinin sağlamlığının qorunması haqqında» qanuna edilən dəyişikliyə əsasən, qeysəriyyə kəsiyi əməliyyatına dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına görə təqsirkar şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

XS
SM
MD
LG