Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:48

Puerto-Riko ABŞ-a birləşməyə səs verdi


Puerto-Rikoda Franklin Roosevelt-in heykəli
Puerto-Rikoda Franklin Roosevelt-in heykəli

Puerto-Riko 51-ci ştat kimi Birləşmiş Ştatlara birləşməyə səs verib.

ABŞ-a birləşməyə 480 mindən çox bülletendə «hə» deyilsə də, adanın 2.2 milyon seçicisinin cəmi 23 faizi səsverməyə qatılıb.

İyunun 11-də keçirilmiş referendumun nəticələri 97.2 faizin bu varianta səs verdiyini göstərib. 1.5 faiz müstəqilliyi dəstəkləyib, 1.3 faizsə bu Karib adasının statusunda dəyişiklik istəmir.

Müxalifət partiyaları referendumu boykota çağırmış, bunu «sirk», «məzhəkə» adlandırıb. Boykotu dəstəkləyənlər ərazinin statusunda dəyişiklik olunmamasına, yaxud müstəqilliyə tərəfdar çıxıblar.

Puerto-Riko qubernatoru Ricardo Rossello adanın ABŞ-ın 51-ci ştatına çevrilməsinə çalışacaqlarını deyib.

Referendum ABŞ-ın puerto rikolulara vətəndaşlıq verməsinin 100 illiyinə düşür. Ancaq onlar prezident seçkisində səs verə bilmirlər, Konqresdə də məhdud təmsil olunurlar.

XATIRLATMA

Bu referendumun nəticələri Puerto-Riko hökumətini birləşmək prosedurunu başlamağa məcbur etmir. Üstəlik, yekun qərarı ABŞ Konqresi verəcək.

Bu, Puerto-Rikonun statusu ilə bağlı beşinci referendumdur, bundan əvvəlki 2012-ci ildə keçirilib. O zaman seçicilərin 60%-i ABŞ-a qoşulmanın lehinə səs verib. Lakin ABŞ Konqresi referendumdan sonra heç bir addım atmayıb.

Puerto-Riko ABŞ-a birləşən azad assosiasiyalı dövlət sayılır. Ada sakinləri ABŞ ordusunda xidmət edir, prezident və Konqresə keçirilən seçkilərdə iştirak etmir, bir çox vergilərdən azaddırlar. Buna baxmayaraq, ada ABŞ Konqresi və federal qanunlarına tabedir. Puerto-rikolular ABŞ vətəndaşlığına malikdirlər. Puerto-Rikonun öz Konstitusiyası, müstəqil qanunverici, icraedici və məhkəmə sistemi var. Xarici siyasət və müdafiə məsələləri isə ABŞ-a tabedir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG